Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Rövşən İsmayılovun2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar “Müsavat” partiyası tərəfindən irəli sürülmüş Neftçala rayon Aşağı Qaramanlı kənd sakini Xalid Fərəcovun 18 noyabr 2009-cu il tarixli 16 saylı şikayətinin araşdırılmasına dair
R Ə Y İ
Bakı şəhəri 27 noyabr 2009-cu il, saat 12.15
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Müsavat partiyası tərəfindən 61 saylı Neftçala seçki dairəsi üzrə Aşağı Qaramanlı bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Fərəcov Xalid Saday oğlu noyabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qanunsuz qeydə alınmasından imtina olunduğunu bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat” a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində Xalid Fərəcov ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. X. Fərəcov bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədlik qeydə alınmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” ın 1,2,4 və 6, 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m:
1. 61 saylı Neftçala seçki dairəsindən bələdiyyə üzvlüyünə namizəd Fərəcov Xalid Saday oğlunun müraciəti əsaslı olduğundan təmin edilərək dairəsi dairə seçki komissiyasının müvafiq qərarı ləğv olunsun.
2. Fərəcov Xalid Saday oğlunun namizədliyi Aşağı Qaramanlı bələdiyyəsi üzrə qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü Rövşən İsmayılov |