. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və  qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Rövşən İsmayılovun2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Əbdülhəlimov Valeh Əbdülkərim oğlu oğlunun 24 noyabr 2009-cu il tarixli 56 saylı şikayətinin araşdırılmasına dair

R Ə Y İ

       Bakı şəhəri                                                                                                27 noyabr 2009-cu il, saat 15.15

 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə Hövsan bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Əbdülhəlimov Valeh Əbdülkərim oğlu noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qanunsuz qeydə alınmasından imtina olunduğunu bildirmiş və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədlik qeydə alınmalıdır. 
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” ın 1,2,4 və 6, 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m: 

1. 30 saylı Suraxanı I seçki dairəsindən bələdiyyə üzvlüyünə namizəd Əbdülhəlimov Valeh Əbdülkərim oğlunun müraciəti əsaslı olduğundan, təmin edilərək dairəsi dairə seçki komissiyasının müvafiq qərarı ləğv olunsun.
2. Əbdülhəlimov Valeh Əbdülkərim oğlunun namizədliyi Hövsan bələdiyyəsi üzrə qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

 

Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü                                                                                              Rövşən İsmayılov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası