. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və  qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Rövşən İsmayılovun2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində 84 saylı Füzuli seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Həsənov Aydın Divangir oğlunun 23 noyabr 2009-cu il tarixli 40 saylı şikayətinin araşdırılmasına dair

R Ə Y İ

       Bakı şəhəri                                                                                                                  27 noyabr 2009-cu il, saat 15.00

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 84 saylı Füzuli seçki dairəsi üzrə Böyük Bəhmənli bələdiyyəsinin üzvlüyünə namizədliyi özü irəli sürülmüş Həsənov Aydın Divangir oğlu 2009-cu il noyabrın 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qanunsuz qeydə alınmasından imtina olunduğunu bildirmiş və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat” a uyğun  tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində A. Həsənovla əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. A. Həsənov bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, etibarlı hesab edilmiş seçici imzalarının sayı kifayət etməməklə yanaşı, A. Həsənov mülkiyyət hüququ əsasında ona məxsus əmlak barədə məlumatı bəyan edərkən ona Həsənov Divangir Babakişi oğlu tərəfindən miras qalmış 2 mərtəbəli, 4 otaqlı evini və 2 otaqlı digər mənzilin 1/7 hissəsinin  (110, 19 kv metr) onun payına düşməsini qəsdən gizlətmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2.2-ci maddəsinə əsasən mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatın düzgün rəsmiləşdirilməməsi və ya olmaması qeydiyyatdan imtina üçün əsasdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən    r ə y ə    g ə l d i m:

1. 84 saylı Füzuli seçki dairəsi üzrə Böyük Bəhmənli bələdiyyəsinin üzvlüyünə namizəd Həsənov Aydın Divangir oğlunun 27 noyabr 2009-cu il tarixli müraciəti 40 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.

 

Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü                                                                                                                            Rövşən İsmayılov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası