. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və  qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Rafiq Abbasovun Oğuz rayonu üzrə Muxas bələdiyyəsi üzvlüyünə namizədlər Camaləddinov Vüqar Həsən oğlu və Salamov Səxavət Nofəl oğlunun 24 noyabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 55 saylı müraciətinə baxılması barədə

RƏYİ

Bakı şəhəri                                                                                                                                                              26 noyabr 2009-cu il, Saat 15-00  

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Muxas bələdiyyəsi üzvlüyünə namizədlikləri özləri tərəfindən irəli sürülmüş Camaləddinov Vüqar Həsən oğlu və Salamov Səxavət Nofəl oğlu 24 noyabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliklərinin qeydə alınmasından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat”a uyğun  tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində şikayətçilər ilə əlaqə saxlanılmış, onlara əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. Onlar müraciətdə göstərdiyi məlumatdan başqa, əlavə olaraq təqdim edəcəyi sübutların olmamasını bildirmişdir.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, daırə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədliklər qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” ın 1, 2, 4 və 6, 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m: 

1. Bələdiyyə üzvlüyünə namizədlər Camaləddinov Vüqar Həsən oğlu və Salamov Səxavət Nofəl oğlunun 24 noyabr 2009-cu il tarixlı 55 saylı müraciəti əsaslı olduğundan təmin edilərək, dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2. Adları çəkilən şəxslərin bələdiyyə üzvlüyünə namizədlikləri müvafiq bələdiyyə üzrə qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

 

Ekspert qrupunun üzvü                                                                                                          Rafiq Abbasov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası