. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və  qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü İradə Hacıyevanın 2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizəd Ismayılov Bəyaz Ədil oğlunun 21 noyabr 2009-cu il tarixli 34 saylı müraciətinin araşdırılmasına dair

R Ə Y İ

Bakı şəhəri                                                                                                                                                         27 noyabr 2009-cu il, saat 11.35

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 84 saylı Füzuli seçki dairəsi Böyük Bəhmənli bələdiyyəsinin üzvlüyünə namizəd İsmayılov Bəyaz Ədil oğlu 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən seçki dairəsinin dairə seçki komissiyası tərəfindən onun namizədliyinin qeydə alınmasından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat” a uyğun  tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində B. İsmayılovla əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. B. İsmayılov bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədlik qeydə alınmalıdır. 
Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1,2,4 və 6, 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m: 

1. 84 saylı Füzuli seçki dairəsi üzrə Böyük Bəhmənli bələdiyyəsinə namizəd İsmayılov Bəyaz Adil oğlunun 21 noyabr 2009-cu il tarixli 34 saylı müraciəti əsaslı olduğundan, təmin edilərək dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2. İsmayılov Bəyaz Adil oğlunun namizədliyi Böyük Bəhmənli bələdiyyəsi üzrə qeydə alınsın.  
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü                                                                                                                                                         İradə Hacıyeva


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası