Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Tofiq Həsənovun 2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş Əliyev Ələkbər Fərman oğlunun 24 noyabr 2009-cu il tarixli 62 saylı müraciətinin araşdırılmasına dair
R Ə Y İ
Bakı şəhəri 27 noyabr 2009-cu il, saat 10.35
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyası tərəfindən namizədliyi 30 saylı Suraxanı I seçki dairəsi üzrə Hövsan bələdiyyəsinin üzvlüyünə irəli sürülmüş Əliyev Ələkbər Fərman oğlu 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən seçki dairəsinin dairə seçki komissiyası tərəfindən onun namizədliyinin qeydə alınmasından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat” a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində Ə. Əliyevlə ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. Ə. Əliyev bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədlik qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1,2,4 və 6, 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m:
1. Müsavat Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş Əliyev Ələkbər Fərman oğlunun 24 noyabr 2009-cu il tarixli 62 saylı müraciəti əsaslı olduğundan, təmin edilərək dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2. Əliyev Ələkbər Fərman oğlunun namizədliyi Hövsan bələdiyyəsi üzrə qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü Tofiq Həsənov |