. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü İradə Hacıyevanın 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə Zaqatala bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüş Makarov Məhəmmədəli Mütəlib oğlunun müraciətinə baxılması barədə

R Ə Y İ

Bakı şəhəri                                                                                                                                   19 noyabr  2009-cu il, saat 16.30

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə Zaqatala bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüş Makarov Məhəmmədəli Mütəlib 23 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.         
Araşdırma prosesində şikayətçi M.M.Makarovla telefon əlaqəsi saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüququları barədə məlumat verilmişdir. M.M.Makarov bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutlar yoxdur.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, daırə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədlik qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” ın 1, 2, 4 və 6, 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m: 

1. Bələdiyyə üzvlüyünə namizəd Makarov Məhəmmədəli Mütəlib oğlunun 23 noyabr 2009-cu il tarixlı 42 saylı müraciəti əsaslı olduğundan təmin edilərək, dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2. Makarov Məhəmmədəli Mütəlib oğlunun bələdiyyə üzvlüyünə namizədliyi Zaqatala bələdiyyəsi üzrə qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

 

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası nəzdində
ekspert qrupunun üzvü                                                                                                                             İradə Hacıyeva


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası