Vətəndaşların seçki hüququnu pozan
hərəkətlərdən (hərəkətsizliklərdən) və
qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının
nəzdində yaradılmış ekspert qrupunun
üzvü Validə Kazımovanın 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan
Respublikasında növbəti bələdiyyə
seçkiləri ilə əlaqədar 28 saylı Sabunçu III seçki dairəsi üzrə Zabrat bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən
irəli sürülmüş Ramazanov İmran Nurəhməd oğlunun müraciətinin araşdırılmasına dair
R Ə Y İ
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 28 saylı Sabunçu III seçki dairəsi üzrə Zabrat bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazanov İmran Nurəhməd oğlu 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbyacan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupu üzvü tərəfindən araşdırmaya qəbul edilmişdir.
Komissiyada vətəndaşların seçki hüquqlarının təmini prinsipini əsas götürərək namizədin şikayətinin araşdırılması məqsədi ilə onunla əlaqə yaradılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma prosesində bələdiyyə üzvlüyünə namizədlə əlaqə yaradılaraq, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş imza vərəqələrində seçkilərin keçirildiyi gün, bələdiyyənin adı, namizədin soyadı, adı, atasının adı ,doğulduğu tarix,iş yeri,ünvanı haqqında məlumat verilməmişdir. Həmçinin müəyyən edilmişdir kı, imza vərəqələrində adları qeyd olunan vətəndaşların şəxsiyyət vəsiqələrinin verilmə tarixi və bəzilərinin ünvanları yazılmayaraq imza toplayan şəxs tərəfindən təsdiqlənməmişdir .
Seçki Məcəlləsinin 59.9-cu maddəsinə əsasən imza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. 28 saylı Sabunçu III seçki dairəsi üzrə Zabrat bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazanovİmran Nurəhməd oğlu 24 noyabr 2009-cu il tarixli 61 saylı müraciət əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi gündən 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.
Ekspert qrupunun üzvü Validə Kazımova
|