. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və  qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Emin Quliyevin 2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Məhərrəmova Tünzalə Ələddin qızının 21 noyabr 2009-cu il tarixli 28 saylı müraciətinin araşdırılmasına dair

R Ə Y İ

       Bakı şəhəri                                                                                              27 noyabr 2009-cu il, saat 15.00

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüş Tünzalə Məhərrəmova 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlərin gec təqdim etdiyinə görə adı çəkilən seçki dairəsinin dairə  seçki komissiyası tərəfindən onların baxılmamış saxlandığını bildirmiş və bununla əlaqədar namizədliyinin qeydə alınmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat” a uyğun  tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma nəticəsində, müəyyən edilmişdir ki, namizəd sənədlərini dairə seçki komissiyasına Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsində göstərilən müddət keçdikdən sonra, yəni 13 noyabr saat 18.40-da təhvil vermişdir. Həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən isə müvafiq seçki komissiyaları göstərilən müddət başa çatandan sonra təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina üçün əsas ola bilər.
Bu səbəbdən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş T.Ə. Məhərrəmovanın namizədliyinin qeydə alınması üçün dairə seçki komissiyasına təqdim etdiyi sənədlərin baxılmamış saxlanılması haqqında dairəsi dairə seçki komissiyasının müvafiq qərarı qanuni və əsaslıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən    r ə y ə    g ə l d i m:

1. 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Nizami (Gəncə) bələdiyyəsinin üzvlüyünə namizəd Məhərrəmova Tünzalə Ələddin qızının 21 noyabr 2009-cu il tarixli 28 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.

Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü                                                                                                                                 Emin Quliyev


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası