Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Emin Quliyevin 2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Bakıxanov bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Xuduzadə Eldəniz Yaqub oğlunun 24 noyabr 2009-cu il tarixli 60 saylı müraciətinin araşdırılmasına dair
R Ə Y İ
Bakı şəhəri 27 noyabr 2009-cu il, saat 12.20
2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Bakıxanov bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Xuduzadə Eldəniz Yaqub oğlu 24 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınmasından imtina olunduğunu bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini, dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində E. Xuduzadə ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. O, müraciətdə göstərdiyi məlumatdan başqa, əlavə olaraq təqdim edəcəyi sübutların olmamasını bildirmişdir.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərar ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədlik qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” ın 1,2,4 və 6, 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m:
1. Bələdiyyə üzvlüyünə namizəd Xuduzadə Eldəniz Yaqub oğlunun 24 noyabr 2009-cu il tarixli 60 saylı müraciəti əsaslı olduğundan, təmin edilərək dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2. Xuduzadə Eldəniz Yaqub oğlunun bələdiyyə üzvlüyünə namizədliyi Bakıxanov bələdiyyəsi üzrə qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü Emin Quliyev |