Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Emin Quliyevin 2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə Sabunçu bələdiyyəsinin üzvlüyünə namizədliyi Demokratik Azərbaycan Dünyası Partiyası tərəfindən irəli sürülmüş
Rəhimov Rafiq İsmayıl oğlunun
24 noyabr 2009-cu il tarixli 44 saylı müraciətinin
araşdırılmasına dair
R Ə Y İ
Bakı şəhəri 27 noyabr 2009-cu il, saat 11.20
2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə Sabunçu bələdiyyəsinin üzvlüyünə namizədliyi Demokratik Azərbaycan Dünyası Partiyası tərəfindən irəli sürülmüş Rəhimov Rafiq İsmayıl oğlu 24 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınmasından imtina olunduğunu bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini, dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində R. Rəhimovla əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. R. Rəhimov bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertinin və Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin mütəxəssisinin verdikləri rəylərinə əsasən təqdim olunmuş 100 seçici imzasından cəmi 12-si etibarlı hesab edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 215.1.1-ci maddəsinə əsasən əhalisi 49.999-dan çox olan ərazidə qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 100 seçici imzası toplamalıdır.
Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1,2,4 və 6, 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m:
1. 27 saylı Sabunçu II seçki dairəsi üzrə Sabunçu bələdiyyəsinin üzvlüyünə namizədliyi Demokratik Azərbaycan Dünyası Partiyası tərəfindən irəli sürülmüş Rəhimov Rafiq İsmayıl oğlunun 24 noyabr 2009-cu il tarixli 44 saylı müraciəti əsassız olduğundan, təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası
nəzdində ekspert qrupunun üzvü Emin Quliyev |