. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və  qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Emin Quliyevin 2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş Həsənov Aqil Balakişi oğlunun 24 noyabr 2009-cu il tarixli 52 saylı müraciətinin araşdırılmasına dair

R Ə Y İ

       Bakı şəhəri                                                                                                                 27 noyabr 2009-cu il, saat 12.35

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Müsavat Partiyası tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə Qaraçuxur bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürmüş Aqil Balakişi oğlu Həsənov 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınmasından imtina olunduğunu bildirmiş və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini, dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat”a uyğun  tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində A. Həsənovla ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. O, müraciətdə göstərdiyi məlumatdan başqa, əlavə olaraq təqdim edəcəyi sübutların olmamasını bildirmişdir.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərar ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədlik qeydə alınmalıdır. 
Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” ın 1,2,4 və 6, 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m:  

1. Müsavat Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş Həsənov Aqil Balakişi oğlunun 24 noyabr 2009-cu il tarixli 52 saylı müraciəti əsaslı olduğundan, təmin edilərək dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2. Həsənov Aqil Balakişi oğlunun bələdiyyə üzvlüyünə namizədliyi Qaraçuxur bələdiyyəsi üzrə qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

 

Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü                                                                                                                                   Emin Quliyev


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası