. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar
Qobustan rayonu, Cəyirli bələdiyyəsi üzvlüyünə namizədlər Asəf Məmmədov
və İbrəhim Babayevin 21 dekabr 2009-cu il tarixli 95 saylı müraciətinə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Qobustan rayonu, Cəyirli bələdiyyəsi üzvlüyünə namizədlər Asəf Məmmədov və İbrəhim Babayev 22 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına  seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirərək, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, müraciətdə tələb aydın göstərilməmişdir və bu səbəbdən də ekspert qrupunun üzvü şikayətin geri qaytarılması barədə rəy vermişdir.
Belə ki, yuxarıda göstərilən Təlimatın 7.1-ci bəndinə əsasən seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin müraciətin ilkin olaraq nəzərədən keçirir. Bu zaman ekspert müraciətin Seçki Məcəlləsi və Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Müraciətlərə dair ümumi tələblər “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına  seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 2-ci bəndində müəyyən olunmuşdur. Həmin Təlimatın 2.1.9-cu bəndinə görə, müraciətdə şikayətçinin tələbi göstərilməlidir. Habelə Təlimatın 2.5-ci bəndinə əsasən əgər tələb yoxdursa və bu səbəbdən tələb aydın deyilsə, müraciət onu göndərən şəxsə geri qaytarılmalıdır. Ona görə də, müraciətdə tələb aydın olmadığından, müraciət mahiyyəti üzrə araşdırılmadan  geri qaytarılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1.1-ci, 2.1.9-cu, 2.5-ci, 4.1.2-ci və 7.1-ci bəndlərinə əsasən   q ə r a r a    a l ı r :

1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində Cəyirli bələdiyyəsi üzvlüyünə namizədlər Asəf Məmmədov və İbrəhim Babayevin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 95 saylı müraciətində tələb aydın olmadığından, müraciət ərizəçiyə geri göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr:                                                                                                 Məzahir Pənahov

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası