. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 82 saylı Ağcabədi
seçki dairəsi üzrə Qiyaməddinli bələdiyyəsinin üzvlüyünə namizəd Quliyev Kamal
Aslan oğlunun və digərlərinin 21 dekabr 2009-cu il tarixli 78  saylı müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 82 saylı Ağcabədi seçki dairəsi üzrə Qiyaməddinli bələdiyyəsinə bir qrup namizəd (Quliyev Kamal Aslan oğlu, Zeynalov Nadir Musa oğlu, Zeynalov Elxan Aslan oğlu, Quliyev Maarif Qaçay oğlu, Quliyev Saday Duman oğlu, Quliyev Zaman Məmiş oğlu, Quliyev Elməddin Əbülfət oğlu, Talıbov Məhəmməd Çərkəz oğlu, Talıbov Müqabil Bəhram oğlu, Kərimov Sahib Vahid oğlu) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 21 dekabr 2009-cu il tarixdə yazılı müraciət edərək səsvermə günü seçki prosesinə qanunsuz müdaxilənin olması ehtimalını bildirib, Mərkəzi Seçki Komissiyasından müvafiq seçki məntəqəsində (26 saylı Qiyaməddinli kənd seçki məntəqəsində) səsvermə prosesinin nəzarətə götürülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, vətəndaşların kollektiv müraciətini qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz surətdə araşdırmışdır.
Araşdırma nəticəsində müraciətin qanuni olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, seçkilərdə səsvermə prosesi və səsvermənin nəticələrinin müəyyən edilməsi sahəsində qanunvericiliyin tələblərinə əməl olunması həm də dairə seçki komissiyasının səlahiyyətlərinə aid olduğundan, həmin seçki ərazisində nəzarətin gücləndirilməsi  müvafiq dairə seçki komissiyasına həvalə edilməlidir.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 31.1.1-ci maddəsinə əsasən dairə seçki komissiyaları müvafiq seçki dairəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının riayət olunmasına nəzarət edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir. 
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1.1-ci, 4.1.2-ci və 7.1-ci bəndlərinə əsasən   q ə r a r a    a l ı r :

1. 82 saylı Ağcabədi seçki dairəsi üzrə Qiyaməddinli bələdiyyəsinin üzvlüyünə namizəd Quliyev Kamal Aslan oğlunun və digərlərinin 21 dekabr 2009-cu il tarixli 78 saylı müraciəti təmin edilərək, Qiyaməddinli bələdiyyəsinə seçkilər zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə nəzarətin gücləndirilməsi 82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasına həvalə edilsin.

2. Müvafiq dairə seçki komissiyası tərəfindən bu qərarın icrası barədə Mərkəzi Seçki Komissiyasına məlumat verilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr:                                                                                                 Məzahir Pənahov

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası