. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaş Nadirov Əlövsət İslam oğlunun 18 dekabr 2009-cu il tarixli 74 saylı müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Cəlilabad rayonu, Maşluq kənd sakini Nadirov Əlövsət İslam oğlu 2009-cu il dekabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə Muğan bələdiyyəsinin üzvlüyünə namizəd Həsənov Rasif Xudaşakir oğlunun keçmişdə sovxoz direktoru olduğu dövrdə fəaliyyətində bəzi qanunsuzluqlara yol verdiyini, bir neçə  məntəqə seçki komissiyası üzvünün onunla qohumluq əlaqəsində olduğunu, hazırda isə bələdiyyə üzvlüyünə namizəd kimi qanunsuz təşviqat aparmasını bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciət tam, hərtərəfli və obyektiv surətdə araşdırılmışdır.
Müraciət araşdırılarkən müəyyən olunmuşdur ki, namizəd Həsənov Rasif Xudaşakir oğlunun bələdiyyə üzvlüyünə namizəd kimi seçki dairəsinin ərazisində qanunsuz təşviqat aparması, həmçinin bələdiyyə üzvlüyünə namizədlərlə məntəqə seçki komissiyası üzvləri arasında qohumluq əlaqələrinin olması iddia edildiyindən, həmin faktlarının dairə seçki komissiyaları tərəfindən müəyyənləşdirilməli olduğunu nəzərə alaraq, şikayət aidiyyəti üzrə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün 69 saylı Cəlilabad-Masallı Biləsuvar seçki dairəsinin dairə seçki komissiyasına göndərilməlidir.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.4.3-cü maddəsinə əsasən seçki ərazisi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın  8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.  
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən   q ə r a r a   a l ı r :
1. Vətəndaş  Nadirov Əlövsət İslam oğlunun 18 dekabr 2009-cu il tarixli 74 saylı müraciəti təmin edilərək araşdırılması üçün aidiyyəti üzrə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr:                                                                                                 Məzahir Pənahov

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası