. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
bələdiyyə üzvlüyünə namizəd Abbasov Asif Yaşar oğlunun
18 dekabr 2009-cu il tarixli 68 saylı müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Abbasov Asif Yaşar oğlu 2009-cu il dekabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, onun Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinə, həmçinin atasının Gəncə şəhər Prokurorluğuna çağırılaraq ona namizədliyinin geri götürülməsi ilə əlaqədar təzyiqlər göstərildiyini bildirib, müvafiq tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciət tam, hərtərəfli və obyektiv surətdə araşdırılmışdır.
Bununla əlaqədar Gəncə şəhər Prokurorluğuna edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, namizəd A.Abbasovun atası Y.Abbasov ölüm hadisəsi ilə əlaqədar Gəncə şəhər Prokurorluğuna dəvət olunmuş, o, cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat vermədiyindən, zərurət aradan qalxdığından onunla söhbət aparılmaqla kifayətlənilmişdir.
Polis əməkdaşlarına münasibətdə isə araşdırma səlahiyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aid olduğundan mövcud şikayətin araşdırılması üçün həmin orqana göndərilməsi zərurəti yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən  q ə r a r a    a l ı r :
1. Bələdiyyə üzvlüyünə namizəd Abbasov Asif Yaşar oğlunun 18 dekabr 2009-cu il tarixli 68 saylı müraciəti araşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr:                                                                                                 Məzahir Pənahov

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası