. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaş Quliyev Akif Pənah oğlu və digərlərinin 18 dekabr 2009-cu il tarixli 66 saylı müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Şəmkir rayonu, Qaracəmirli kənd sakini Quliyev Akif Pənah oğlu və digərləri 2009-cu il dekabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Qaracəmirli bələdiyyəsinə seçkilər zamanı ehtimal edilən qanun pozuntularının qarşısının alınması məqsədilə həmin seçki ərazisində nəzarətin gücləndirilməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, vətəndaşların kollektiv müraciətini qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz surətdə araşdırmışdır.
Araşdırma nəticəsində müraciətin qanuni olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, seçkilərdə səsvermə prosesi və səsvermənin nəticələrinin müəyyən edilməsi sahəsində qanunvericiliyin tələblərinə əməl olunması həm də dairə seçki komissiyasının səlahiyyətlərinə aid olduğundan, həmin seçki ərazisində nəzarətin gücləndirilməsi  müvafiq dairə seçki komissiyasına həvalə edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a əsasən   q ə r a r a   a l ı r :

1. Şəmkir rayonu, Qaracəmirli kənd sakini Quliyev Akif Pənah oğlu və digərlərinin 18 dekabr 2009-cu il tarixli 66 saylı müraciəti təmin edilərək, Qaracəmirli bələdiyyəsinə seçkilər zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə nəzarətin gücləndirilməsi     102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasına həvalə edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr:                                                                                                 Məzahir Pənahov

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası