. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

Bəzi seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq   q ə r a r a   a l ı r :

1. Firəddin Süleyman oğlu Qəhrəmanov 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.

2. 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin yekunları müəyyən edilənə qədər Ələkbər Məhəmməd oğlu Quliyev 20 saylı Nərimanov ikinci, Elburs Hüseyn oğlu Əhmədov və Faiq Orduxan oğlu Orduxanov 45 saylı Abşeron, Davud Əvəz oğlu Zülfüqarov 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

3. Anar Rafiq oğlu İsayev 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.

4. 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin yekunları müəyyən edilənə qədər Aynurə Firuddin qızı Həsənova 20 saylı Nərimanov ikinci, Hüri Məmməd qızı Hüseynova və Cabbar Mehman oğlu Cabbarov 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr:                                                                            Məzahir Pənahov

Katib:                                                                            Natiq Məmmədov

Üzvlər:                                                                          

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası