2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat
Partiyasının səlahiyyətli nümayəndəsinin 24 noyabr 2009-cu il tarixli 50 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Müsavat Partiyası tərəfindən 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə müvafiq bələdiyyələrə namizədlikləri irəli sürülmüş Mustafayev Bəhruz Abgül oğlu, Əmrah Heybət Salman oğlu, Qurbanov Sahib İsmayıl oğlu, Hacıyev Bəşir Ənvər oğlu,Çobanov Nəsib Sədər oğlu, Yusifov Baba Əliheydər oğlu, Hacıyev Cavid İslam oğlu, Atamalıyev Hacıbala Hacıbala oğlu, Abdullayev Gülbala Səfər oğlu və Ramazanov Şövkət Əlişah oğlunun namizədliyinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, səlahiyyətli nümayəndənin müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv araşdırmışdır.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarları ləğv edilməli, müvafiq bələdiyyələr üzrə həmin şəxslərin namizədlikləri qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 50 saylı müraciəti əsaslı olduğundan təmin edilərək, 56 saylı Xaçmaz kənd seçki dairəsinin dairə seçki komissiyasının müvafiq bələdiyyələr üzrə 21 noyabr 2009-cu il tarixli 24/2, 24/3, 24/4, 24/5, 24/6, 24/7, 24/8, 24/9, 24/10, 24/11 nömrəli qərarları ləğv edilsin.
2. Bələdiyyə üzvlüyünə namizədlikləri Müsavat Partiyası tərəfindən irəli sürülmüş Müstafayev Bəhruz Abgül oğlunun namizədliyi Niyazoba bələdiyyəsi üzrə, Əmrah Heybət Salman oğlu və Qurbanov Sahib İsmail oğlunun namizədlikləri Nərəcan bələdiyyəsi üzrə, Hacıyev Bəşir Ənvər oğlunun namizədliyi Köhnə Xudat bələdiyyəsi üzrə, Çobanov Nəsib Səfər oğlunun namizədliyi Gödəkli bələdiyyəsi üzrə, Yusifov Baba Əliheydər oğlunun namizədliyi Mürşüdova bələdiyyəsi üzrə, Hacıyev Cavid İslam oğlunun namizədliyi Pirquluoba bələdiyyəsi üzrə, Atamalıyev Hacıbala Hacıbala oğlunun namizədliyi Uzunova bələdiyyəsi üzrə, Abdullayev Gülbala Səfər oğlunun namizədliyi Qusarçay bələdiyyəsi üzrə, Ramazanov Şövkət Əlişah oğlunun namizədliyi Mürşüdoba bələdiyyəsi üzrə qeydə alınsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli
|