. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 24 noyabr 2009-cu il tarixli 58 saylı müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin partiya tərəfindən 26 saylı Sabunçu I seçki dairəsi üzrə Bakıxanov bələdiyyəsinin üzvlüyünə namizədlikləri irəli sürülmüş Abdullayev Rəşid Nizami oğlunun, İbrahimov İlqar Əli oğlunun, 27 saylı Sabunçu II seçki dairəsi üzrə Kürdəxanı bələdiyyəsinə namizədliyi irəli sürülmüş Mirzəyev Zakir İdris oğlunun, 28 saylı Sabunçu III seçki dairəsi üzrə Maştağa bələdiyyəsinə namizədlikləri irəli sürülmüş Babayev Ramil Kamil oğlunun və Xəlilov Ələmdar Tofiq oğlunun, 30 saylı Suraxanı I seçki dairəsi üzrə Hövsan bələdiyyəsinə namizədliyi irəli sürülmüş Qadiyev Əlifağa Əlövsət oğlunun, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi üzrə Novxanı bələdiyyəsinə namizədlikləri irəli sürülmüş Əsgərov Ceyhun Əsgər oğlunun və Cabbarov Balakişi Ərşad oğlunun, 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Hacıbəyli bələdiyyəsinə namizədliyi irəli sürülmüş Cəfərov İsmayıl Əliş oğlunun, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə Əliyanlı bələdiyyəsinə namizədlikləri irəli sürülmüş Əsgərov Amil Musa oğlunun, Əsədov Eldar Tofiq oğlunun, Körpüsındıran bələdiyyəsinə namizədliyi irəli sürülmüş Hüseynov Möhübbət Məhəmməd oğlunun, Otuzikilər bələdiyyəsinə namizədliyi irəli sürülmüş Salmanov İsa Əhliman oğlunun, 109 saylı Balakən seçki dairəsi üzrə Qazma bələdiyyəsinə namizədliyi irəli sürülmüş İrazov Cahangir Soltanəziz oğlunun və Muradov Abdulla Qurbanhacı oğlunun, 110 saylı Zaqatala seçki dairəsi üzrə Yuxarı Çardaxlar bələdiyyəsinə namizədliyi irəli sürülmüş Mustafayeva Yaqut Üzeyir qızının namizədliklərinin qeydiyyatından adları çəkilən seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, səlahiyyətli nümayəndələrin müraciətlərinin qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmışdır.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, təmin edilməli, dairə seçki komissiyalarının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarları ləğv edilməli, müvafiq bələdiyyələr üzrə bələdiyyə üzvlüyünə namizədliklər qeydə alınmalıdır. 
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   q ə r a r a     a l ı r :

1. Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 24 noyabr 2009-cu il tarixli 58 saylı müraciəti əsaslı olduğundan təmin edilərək qərarın təsviri hissəsində adları çəkilən dairə seçki komissiyalarının müvafiq qərarları ləğv edilsin.
2. Qərarın təsviri hissəsində adları çəkilən bələdiyyə üzvlüyünə namizədlərin müvafiq bələdiyyələr üzrə namizədlikləri qeydə alınsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr:                                                                                                  Məzahir Pənahov

Müavin:                                                                                              Svetlana Qasımova

Katib:                                                                                                 Natiq Məmmədov

Üzvlər:                                                                                                          

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası