2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 84 saylı Füzuli
seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizəd Həsənov Aydın Divangir
oğlunun 23 noyabr 2009-cu il tarixli 40 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 84 saylı Füzuli seçki dairəsi üzrə Böyük Bəhmənli bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Həsənov Aydın Divangir oğlu 2009-cu il noyabrın 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 84 saylı Füzuli seçki dairəsinin dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, bələdiyyə üzvlüyünə namizədin müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmışdır.
Araşdırma prosesində bələdiyyə üzvlüyünə namizədlə əlaqə yaradılaraq, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, etibarlı hesab edilmiş seçici imzalarının sayı kifayət etməməklə yanaşı A.D.Həsənov mülkiyyət hüququ əsasında ona məxsus əmlak barədə məlumatı bəyan edərkən, ona Həsənov Divangir Babakişi oğlundan miras qalmış 2 mərtəbəli, 4 otaqlı evini və 2 otaqlı digər mənzilin 1/7 hissəsinin (110,19 kv metr) onun payına düşən hissəsini qəsdən gizlətmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2.2-ci maddəsinə əsasən mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatın düzgün rəsmiləşdirilməməsi və ya olmaması qeydiyyatdan imtina üçün əsasdır.
Odur ki, bələdiyyə üzvlüyünə namizədin müraciəti əsassız olduğundan, təmin edilməsin.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. 84 saylı Füzuli seçki dairəsi üzrə Böyük Bəhmənli bələdiyyəsinin üzvlüyünə namizəd Həsənov Aydın Divangir oğlunun 23 noyabr 2009-cu il tarixli 40 saylı müraciəti əsassız olduğundan, təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli
|