. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 27 saylı
Sabunçu II seçki dairəsi üzrə Balaxanı bələdiyyəsinin üzvlüyünə
namizədliyi özü tərəfindən irəli sürülmüş Rzayev Teymur Balaxan
oğlunun 24 noyabr 2009-cu il tarixli 47 saylı müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 27 saylı Sabunçu II seçki dairəsi üzrə Balaxanı bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Rzayev Teymur Balaxan oğlu 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, bələdiyyə üzvlüyünə namizədin müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmışdır.
Araşdırma prosesində  bələdiyyə üzvlüyünə namizədlə əlaqə yaradılaraq, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, etibarlı hesab edilmiş seçici imzalarının sayı kifayət etməməklə yanaşı seçici imzaları olan imza vərəqələri namizəd tərəfindən təsdiq edilməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə  uyğun olaraq buraxılan səhvlərin düzəldilməsi üçün T.B.Rzayev dairə seçki komissiyasına dəvət olunsa da, o, heç bir üzrlü səbəb göstərmədən verilən imkandan istifadə etməmiş və bununla da Məcəllənin 59.9-cu maddəsində nəzərdə tutulmuş hüquqi nəticələr yaranmışdır.
Belə ki, Seçki Məcəlləsinin 59.9-cu maddəsinə əsasən imza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səalhiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır.    
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   q ə r a r a   a l ı r :

   1. 27 saylı Sabunçu II seçki dairəsi üzrə Balaxanı bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Rzayev Teymur Balaxan oğlunun 24 noyabr 2009-cu il tarixli 47 saylı müraciəti əsassız olduğundun, təmin edilməsin.

   2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr:                                                                                                 Məzahir Pənahov

Müavin:                                                                                            Svetlana Qasımova

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası