. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Potu bələdiyyəsi üzrə namizəd Muradov Murad Qasım oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 noyabr 2009-cu il tarixli 21 saylı müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüş Muradov Murad Qasım oğlu 2009-cu il noyabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyinin qeydiyyatından 88 saylı Göyçay dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Muradov Murad Qasım oğlu faktiki olaraq 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin ərazisində yaşayır və onun 88 saylı Göyçay seçki dairəsinin ərazisində yerləşən Potu bələdiyyəsinin üzvlüyünə namizədliyinin irəli sürülməsinə əsas verən heç bir hüquqi əsas olmamışdır.
Göyçay şəhər Mənzil İstismar Sahəsinin rəisi Vaqif Babayevın 20 noyabr 2009-cu il tarixli 73 saylı yazılı məlumatına əsasən M. Muradov faktiki olaraq mülkiyyət hüququ ilə ona məxsus olan Göyçay şəhəri, M. Hüseynzadə küçəsi, bina 31a, mənzil 60-da yaşayır.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadıgı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və bu kimi yaşayış yerləri başa düşülür.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 212-ci maddəsində isə göstərilir ki, seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla ) və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Vətəndaş M. Muradovun müraciətində ehtimal olunan qanun pozuntuları araşdırma nəticəsində əldə olunmuş sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19. 4-cü, 28. 2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən           q ə r a r a   a l ı r :

1. Göyçay rayonu, Potu kənd sakini Muradov Murad Qasım oğlunun müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

 

Sədr:                                                                                                Məzahir Pənahov

Müavin:                                                                                            Svetlana Qasımova

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası