2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 22 saylı Nəsimi II seçki dairəsi üzrə Nəsimi bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Əzizov Polad Nəbi oğlunun 18 noyabr 2009-cu il tarixli 18 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 22 saylı Nəsimi II seçki dairəsi üzrə Nəsimi bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Əzizov Polad Nəbi oğlu 2009-cu il noyabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, bələdiyyə üzvlüyünə namizədin müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmışdır.
Araşdırma prosesində bələdiyyə üzvlüyünə namizədlə əlaqə yaradılaraq, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydiyyatından imtinanın əsası kimi etibarlı seçici imzalarının kifayət etməməsini götürmüşdür. Seçici imzalarının etibarlılığının müəyyən edilməsi üçün Mərkəzi Seçki Komissiyası bu sahədə xüsusi biliklərə malik olan ekspertləri dəvət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin eksperti və Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin mütəxəssislərinin verdikləri rəylərə əsasən Əzizov Polad Nəbi oğlunun qeydə alınması üçün təqdim olunmuş 198 seçici imzasından 159-u etibarlı hesab edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 215.1.1-ci maddəsinə əsasən əhalisi 99.999-dan çox olan ərazidə qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 150 seçici imzası toplamalıdır. Ona görə də müraciət əsaslı hesab edilməli, dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilməli, həmin şəxslərin namizədlikləri irəli sürüldükləri bələdiyyələrə qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. 22 saylı Nəsimi II seçki dairəsi üzrə Nəsimi bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Əzizov Polad Nəbi oğlunun 18 noyabr 2009-cu il tarixli 18 saylı müraciəti təmin edilərək 22 saylı Nəsimi II seçki dairəsi dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2. 22 saylı Nəsimi II seçki dairəsi üzrə Nəsimi bələdiyyəsinin üzvlüyünə namizəd Əzizov Polad Nəbi oğlunun namizədliyi qeydə alınsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli
|