. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 21 noyabr 2009-cu il tarixli 27 saylı müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədlikləri həmin partiya tərəfindən 42 saylı Sumqayıt II seçki dairəsi üzrə Sumqayıt bələdiyyəsinin üzvlüyünə irəli sürülmüş Abbasov Nazim Nizami oğlu və Mahmudov Qafar Məhyəddin oğlunun namizədliklərinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək, səlahiyyətli nümayəndənin müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmışdır.
Araşdırma prosesində səlahiyyətli nümayəndə ilə əlaqə yaradılaraq, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydiyyatından imtinanın əsası kimi etibarlı seçici imzalarının kifayət etməməsini götürmüşdür. Seçici imzalarının etibarlılığının müəyyən edilməsi üçün Mərkəzi Seçki Komissiyası bu sahədə xüsusi biliklərə malik olan ekspertləri dəvət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin eksperti və Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin mütəxəssislərinin verdikləri rəylərə əsasən Abbasov Nazim Nizami oğlunun qeydə alınması üçün təqdim olunmuş 200 seçici imzasından 188-i etibarlı, Mahmudov Qafar Məhyəddin oğlunun qeydə alınması üçün təqdim olunmuş 175 seçici imzasından isə 124-ü etibarlı hesab edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 215.1.1-ci maddəsinə əsasən əhalisi 99.999-dan çox olan ərazidə qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 150 seçici imzası toplamalıdır. Ona görə də müraciət qismən əsaslı hesab edilməli, dairə seçki komissiyasının müvafiq qərarı Abbasov Nazim Nizami oğlunun bələdiyyə üzvlüyünə namizədliyinin qeydiyyatından imtina edilməsi hissəsində ləğv edilməli, onun namizədliyi qeydə alınmalı, Mahmudov Qafar Məhyəddin oğlunun bələdiyyə üzvlüyünə namizədliyinin qeydiyyatından imtina edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   q ə r a r a   a l ı r :

1. Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 21 noyabr 2009-cu il tarixli 27 saylı müraciəti qismən təmin edilsin.
2. 42 saylı Sumqayıt II seçki dairəsi dairə seçki komissiyasının müvafiq qərarı Abbasov Nazim Nizami oğlunun bələdiyyə üzvlüyünə namizədliyinin qeydiyyatından imtina edilməsi hissəsində ləğv edilsin və onun namizədliyi qeydə alınsın, Mahmudov Qafar Məhyəddin oğlunun bələdiyyə üzvlüyünə namizədliyinin qeydiyyatından imtina edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr:                                                                                                Məzahir Pənahov

Müavin:                                                                                            Svetlana Qasımova

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası