2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 21 noyabr 2009-cu il tarixli 27, 28, 29, 30, 32, 34, 35, 36 və 37 saylı müraciətlərin araşdırılması müddətinin uzadılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına bələdiyyə üzvlüyünə namizədliyin qeydə alınması prosesində bu və ya digər qanun pozuntularının baş verməsinə dair 21 noyabr 2009-cu il tarixli 27, 28, 29, 30, 32, 34, 35, 36 və 37 saylı müraciətlər daxil olmuşdur.
Müraciətlərin araşdırması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvlərinə həvalə edilmişdir.
Müraciətlərlə bağlı əlavə araşdırmanın tələb olunduğunu əsas gətirərək, ekspert qrupunun üzvləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.10-cu maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırmışlar.
Vəsatətlər əsaslı olduğundan, təmin edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 9.6-cı bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupu üzvlərinin vəsatətləri təmin edilərək, 21 noyabr 2009-cu il tarixli 27, 28, 29, 30, 32, 34, 35, 36 və 37 saylı müraciətlərin araşdırılması müddəti uzadılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli
|