2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 18 noyabr 2009-cu il tarixli tarixli 20 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 18 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə namizədlikləri Ümid Partiyası tərəfindən irəli sürülmüş şəxslərin qeydə alınmasından əsassız imtina edilməsini bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, göstərilən şəxslərin namizədliklərinin qeydə alınmasından imtina barədə dairə seçki komissiyasının qərarı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir.
Ona görə də, 114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilməli, namizədlərin qeydə alınması məsələsinə yenidən baxılaraq, hər bir namizəd barəsində ayrı-ayrılıqda əsaslandırılmış qərar qəbul edilməsi müvafiq dairə seçki komissiyasına həvalə edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60.1-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r:
1. Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 18 noyabr 2009-cu il tarixli 20 saylı şikayəti qismən təmin edilərək, 114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının 15 noyabr 2009-cu il tarixli 37/75 saylı qərarı ləğv edilsin.
2. Namizədlərin qeydə alınması məsələsinə yenidən baxılaraq, hər bir namizəd barəsində əsaslandırılmış qərar qəbul edilməsi 114 saylı Şəki kənd birinci seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli
|