. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin 13 noyabr 2009-cu il tarixli
08, 10 və 12 saylı müraciətlərinin araşdırılması müddətinin uzadılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 2009-cu il noyabrın 13-də 08, 10 və 12 saylı ərizələrlə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, bir sıra seçki dairələri üzrə namizədliyin irəli sürülməsi və qeydiyyatı ilə əlaqədar bəzi qanun pozuntularının baş verməsini iddia edib, qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciətlərin araşdırması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvünə həvalə edilmişdir.
Müraciətlərlə bağlı əlavə araşdırmanın tələb olunduğunu əsas gətirərək, ekspert qrupunun üzvü Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.10-cu maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırmışdır.  
Vəsatət əsaslı olduğundan, təmin edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 9.6-cı bəndlərinə əsasən   q ə r a r a   a l ı r :

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupu üzvünün vəsatəti təmin edilərək, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin 13 noyabr 2009-cu il tarixli 08, 10 və 12 saylı müraciətlərin araşdırılması müddəti uzadılsın.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

 

Sədr:                                                                                                 Məzahir Pənahov

Müavin:                                                                                            Svetlana Qasımova

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası