. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabr 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin
13 noyabr 2009-cu il tarixli 14 saylı müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabr 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlər irəli sürülmüş Musavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 2009-cu il noyabrın 13-də 14 saylı ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Müsavat Partiyası tərəfindən Neftçala, Salyan, Zaqatala rayonlarında bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərdən qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən artıq sənədlərin tələb edilməsini, habelə Balakən rayonu Sanbulaq bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüş B.Ş.Varşayevin   polis şöbəsinə  çağrılaraq  ona  Qamət  adlı  müstəntiq  tərəfindən  namizədliyinin geri  götürülməsi barədə təziyiqlər  göstəriləmsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət  Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə  və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki  komisiyalarına seçki  hüqülarının pozulması ilə əlaqədar şikayət  və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun  üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 59 saylı Salyan, 60 saylı Salyan – Neftaçala, 61 saylı Neftçala və 110 saylı Zaqatala seçki dairələrinin dairə seçki komissiyalarına müraciət etmiş bütün Müsavat Partiyasının təmsilçilərinin namizədliyinin irəli sürülməsi və qeydiyyatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada davranılmış və onlardan heç bir qanunsuz sənəd tələb edilməmişdir.  
Həmçinin müəyyən edilmişdir ki, Varşayev Badruddin Şabanoviçinin namizədliyi 109 saylı Balakən seçki dairəsi üzrə Sanbulaq deyil, Sarıbulaq bələdiyyəsinin üzvlüyünə irəli sürülmüş, habelə Balakən rayon polis şöbəsində ona təziyiq göstərməsi  iddia edilən Qamət adlı polis əməkdaşı fəaliyyət göstərmir.
Səlahiyyətli nümayəndə tərəfindən müraciətdə göstərilən halları təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
Odur ki, göstərilənlərə əsasən səlahiyyətli nümayəndənin ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüqüqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat “ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən  q ə r a r a    a l ı r :

  1. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa  Aslanlının 13 noyabr   2009-cu il tarixli 14 saylı müraciəti əsassiz olduğundan təmin edilməsin.
  2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

Sədr:                                                                                                 Məzahir Pənahov

Müavin:                                                                                            Svetlana Qasımova

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası