. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin
13 noyabr 2009-cu il tarixli 09 saylı müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 2009-cu il noyabrın 13-də 09 saylı ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Müsavat Partiyası tərəfindən 86 saylı İsmayıllı seçki dairəsi üzrə Tircan bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Abdulov Mirzalı Fərzalı oğluna  onun namizədliyinin geri götürməsi məqsədilə qanunsuz təzyiq göstərildiyini bildirmiş və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, qanunsuz təzyiqə məruz qalması iddia edilən Abdulov Mirzalı Fərzalı oğlu 10 noyabr 2009-cu il tarixdə könüllü olaraq namizədliyinin irəli sürülməsinin ləğv edilməsi barədə ərizə ilə dairə seçki komissiyasına müraciət etmişdir. Həmçinin şikayətin araşdırılması ilə əlaqədar M.F.Abdulovun verdiyi izahatdan aydın görünür ki, namizədliyinin geri götürülməsi ilə bağlı ona hər hansı bir təzyiq göstərilməmişdir.
Səlahiyyətli nümayəndə tərəfindən müraciətdə göstərilən halları təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
Odur ki, göstərilənlərə əsasən səlahiyyətli nümayəndənin ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   q ə r a r a   a l ı r :

            1. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 13 noyabr 2009-cu il tarixli 09 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

            2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

 

Sədr:                                                                                                 Məzahir Pənahov

Müavin:                                                                                            Svetlana Qasımova

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası