Bəzi seçki dairələrinin dairə seçki komissiyalarının t ərkibində dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. Ruslan Çıraq oğlu İsmayılov 11 saylı Qaradağ, İbad Cabbar oğlu Qurbanov 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Ramiz Bəhmən oğlu Paşayev 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin yekunları müəyyən edilənə qədər 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.
3. Xədicət Üzeyir qızı Mahmudova 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.
4. Sahib Mircabbar oğlu Seyidov 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin yekunları müəyyən edilənə qədər 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli |