. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin və
maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin qeydə alınması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müasir Müsavat Partiyasının Siyasi Şurası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə əsasən    q ə r a r a    a l ı r :

1. 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Müasir Müsavat Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr

  • Ələkbərov Nurəddin Əli oğlu;
  • Əliyeva Mahirə Sarxan qızı;
  • Əliyev Fərhad Hüseynbala oğlu;
  • Əsədov Vasif Əsəd oğlu;
  • Həsənov Elçin Həsən oğlu;
  • Hüseynov Fərhad İslam oğlu;
  • Quliyev Abbas Əliqulu oğlu;
  • Qasımov Mehman İzzət oğlu;
  • Mahmudov Pənah Qurban oğlu;
  • Novruzov Arif Əsədulla oğlu;
  • Zabitov Caniko Ağa-Əli oğlu.
  •  

    Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr

  • Əhmədova İradə İbrahim qızı;
  • Əliyeva Firuzə Rafiq qızı;
  • Əsədova Ülviyyə Vasif qızı;
  • Mahmudov Rasim Miri oğlu;
  • Mayılov Nəbi Əvəz oğlu;
  • Məmmədova Tamilla Dostməmməd qızı;
  • Pertaya Nina Vladimirovna;
  • Salamov Ağasəlim Məmməd oğlu;
  • Sultanbəyova Asiya Qaniyevna;
  • Yusifova Fəridə Feyzi qızı.
  • 2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

     

    Sədr:                                                                                                 Məzahir Pənahov

    Müavin:                                                                                            Svetlana Qasımova

    Katib:                                                                                                Natiq Məmmədov

    Üzvlər:                                                                                             

    Fuad Cavadov

    Ramiz İbrahimov

    Validə Kazımova

    Qabil Orucov

    Tofiq Həsənov

    İlham Məmmədov

    Nizami Nadirov

    Azər Tağıyev

    Tamam Cəfərova

    Rövşən İsmayılov

    Akif Qurbanov

    Almas Qəhramanlı

    Oktay Hümbətli


    Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
    AZ 1000 Rəsul Rza 3
    Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

    © Mərkəzi Seçki Komissiyası