AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Azərbaycan Ümid Partiyası, Ali Məclisinin IV sessiyasının 3.1 və 3.2 saylı Qərarları ilə səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə əsasən q ə r a r a a l ı r :
1. 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr
- Ağa-zadə İqbal Fehruz oğlu;
- Məmmədli Nəsimi Əhməd oğlu;
- Ağazadə Ənvər Sərdar oğlu;
- Tağızadə Rəfail Alı oğlu;
- Məmmədov Abbasağa Hüseynbala oğlu;
- Hətəmov Səməd Əbdüləli oğlu;
- Əliyev Taleh Məhəmməd oğlu;
- Karslı Şəbnəm Rəşaid qızı;
- Cəfərov Rabil Cəfərxan oğlu;
- Zamanov Məhəmməd Sevindik oğlu;
- Hüseynov İdris Əhməd oğlu;
- Abasov Razi Umudəli oğlu;
- Nağıyeva Nərgiz Əli qızı;
- Qasımov Habil Cankişi oğlu;
- Abbasov Xanlar Nüsrət oğlu;
- Əliyev Əlibala Sahib oğlu;
- Əliyev Faiq Həsən oğlu.
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr
- Əskərova Əminə Bəkir qızı;
- Əliyev Bəybala Əşrəf oğlu.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli |