BƏZİ SEÇKİ DAİRƏLƏRİNİN DAİRƏ SEÇKİ KOMİSSİYALARININ TƏRKİBİNDƏ DƏYİŞİKLİK
EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
Elnur Süleyman oğlu Mustafayev 9 saylı Binəqədi ikinci, Kəmalə Tofiq qızı Yusubova 14 saylı Əzizbəyov ikinci, Günay Vahid qızı Nəcəfova 19 saylı Nərimanov birinci, Gülbahar Əlihüseyn qızı Bağırova 24 saylı Nizami birinci, Firduz Fərman oğlu Əhmədov 36 saylı Xətai dördüncü, Orxan Cavanşir oğlu Qasımov 56 saylı Xaçmaz kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr : Məzahir Pənahov
Müavin : Svetlana Qasımova
Katib : Natiq Məmmədov
Üzvlər :
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı |