“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb
keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq
edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərar qəbul etmişdir.

Bələdiyyə seçkilərinin keçirilməsi zamanı seçki subyektlərinə metodiki yardım göstərilməsi, onlar tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hərəkətlərin qanunauyğun həyata keçirilməsi, habelə onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsinə zərurət yaranmışdır.

 Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 25.3-cü və 211-ci maddələrinə uyğun olaraq               q ə r a r a   a l ı r :

1.“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiq edilsin.

2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr :                                                                                     Məzahir Pənahov

Müavin :                                                                                Svetlana Qasımova

Katib :                                                                                    Natiq Məmmədov

Üzvlər :                                                                                            

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Almas Qəhramanlı

Oktay Hümbətli

 

 


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası.