Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

 

Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin II və III bəndlərinə əsasən Azərbaycan Respublikasında bələdiyyələr qanunla müəyyən olunmuş seçki qaydalarına uyğun olaraq seçkilər əsasında yaradılır.
Azərbaycan Respublikasında fəaliyyətdə olan bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada seçkilər əsasında yaradılmışdır.
Hazırda həmin bələdiyyələrin səlahiyyət müddəti başa çatmaqda olduğundan, bələdiyyələrə növbəti seçkilərin təyin edilməsi üçün əsas yaranmışdır.
Seçki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən bələdiyyə seçkilərini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası təyin edir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 213-cü maddələrinə uyğun olaraq  q ə r a r a   a l ı r :

1. Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-ü, çərşənbə gününə təyin edilsin.

2. Seçki keçiriləcək bələdiyyələrin siyahısı dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr:                                                                            Məzahir Pənahov

Müavin :                                                                       Svetlana Qasımova

Katib:                                                                            Natiq Məmmədov

Üzvlər:                                                                         

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası.