Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
Seyfəddin Məhərlam oğlu Mustafayev 21 saylı Nəsimi birinci, Kamal Mahmud oğlu Hüseynov 31 saylı Suraxanı ikinci, Aqil Aldos oğlu Bayramov 22 saylı Nəsimi ikinci, Nurəddin Ənvər oğlu İsmayılov 43 saylı Sumqayıt üçüncü, Fuad Arif oğlu Şahbazov 46 saylı Şirvan, Bəhram Mirzəağa oğlu Əliyev 52 saylı Quba, Semur Nizam oğlu Abbasov 83 saylı Ağcabədi – Ağdam, Sərvər Şamil oğlu İbrahimbəyli 94 saylı Bərdə kənd, Gülnarə Məhərrəm qızı Məhərrəmova 99 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr : Məzahir Pənahov
Müavin : Svetlana Qasımova
Katib : Natiq Məmmədov
Üzvlər :
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli |