BƏZİ SEÇKİ DAİRƏLƏRİNİN DAİRƏ SEÇKİ KOMİSSİYALARININ TƏRKİBİNDƏ DƏYİŞİKLİK
EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq  q ə r a r a   a l ı r :

Əlabbas Qorxmaz oğlu Səfərov 9 saylı Binəqədi ikinci, Həsən İsmayıl oğlu Rzayev 21 saylı Nəsimi birinci, Loğman Mirzə oğlu Əliyev 22 saylı Nəsimi ikinci, Faiq İsmixan oğlu Məmmədov 24 saylı Nizami birinci, Pəri Balaca qızı İsaqova 36 saylı Xətai dördüncü, Elşad Salman oğlu Rzayev 43 saylı Sumqayıt üçüncü, Ramil Əşrəf oğlu Nadirov 46 saylı Şirvan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

Sədr   :                                                                                                Məzahir Pənahov

Müavin   :                                                                                            Svetlana Qasımova

Katib  :                                                                                                Natiq Məmmədov

Üzvlər  :                                                                                              

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası.