Bəzi seçki dairələrinin adlarında dəyişiklik edilməsi və mövcud seçki
dairələrinə aid müvafiq məlumatların təsdiq edilərək ictimailəşdirilməsi
barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

 

 “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın yeni redaksiyada verilməsi barədə” Azərbaycan Respublikasının 29 may 2009-cu il tarixli və “Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunları ilə bəzi bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılmışdır. Bununla əlaqədar bir sıra seçki dairələrinin və bələdiyyələrin adlarının, habelə dislokasiyalarının dəyişdirilməsi zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.4-cü maddəsinə əsasən seçki dairələrinin yaradılması barədə tələblər yerinə yetirilərkən bələdiyyə qurumlarının sərhədlərinin kəsişməməsi zərurəti nəzərə alınmalıdır.
Həmin Məcəllənin 29.8-ci maddəsinə əsasən seçki dairələri yaradılarkən və onların yaradılma sxemi müəyyənləşdirilərkən dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilə bilər.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 29-cu maddələrinə uyğun olaraq    q ə r a r a   a l ı r :

1. 3 saylı Babək-Kəngərli seçki dairəsi müvafiq olaraq 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi, 78 saylı Lerik-Lənkəran seçki dairəsi müvafiq olaraq 78 saylı Lerik seçki dairəsi adlandırılsın.

2.Azərbaycan Respublikası üzrəmövcudseçki dairələrinə aid müvafiq məlumatlar təsdiq edilərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilməklə və digər qanunauyğun vasitələrlə ictimailəşdirilsin (siyahı əlavə olunur). 

3. Qərarın icrası Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və “Seçkilər” İnformasiya Mərkəzinə, habelə qarşıdan gələn bələdiyyə seçkiləri dövrü fəaliyyətlərini davam etdirməklə mövcud 125 dairə seçki komissiyasına və onların əhatə etdiyi məntəqə seçki komissiyalarına həvalə edilsin.

4.Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr  :                                                                                               Məzahir Pənahov

Müavin  :                                                                                          Svetlana Qasımova

Katib   :                                                                                             Natiq Məmmədov

Üzvlər  :                                                                                           

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası.