SEÇKİ KOMİSSİYALARININ ÜZVLƏRİ ÜÇÜN SEÇKİ HÜQUQU
ÜZRƏ İXTİSASLAŞDIRILMIŞ NÖVBƏTİ KURSLARIN KEÇİRİLMƏSİNƏ DAİR
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı mütəmadi tədbirlər həyata keçirilmiş, seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, habelə dairə və məntəqə seçki komissiyalarının sədr və üzvlərinin peşəkar hazırlığının artırılması məqsədilə, onlar üçün kurslar təşkil edilmişdir.
Hazırda Mərkəzi Seçki Komissiyası həmin Sərəncamın icrasının davam etdirilməsi ilə bağlı hazırlıq işləri apararaq aşağı seçki komissiyalarının rəsmiləri üçün yeni kursların təşkil edilməsi işini başa çatdırmışdır.
Belə ki, dairə seçki komissiyasının sədrləri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında və onunla birgə kursların keçirilməsi məqsədəmüvafiq hesab edilmiş, maarifləndirmə materiallarının həcminə müvafiq olaraq 36 saat Tədris proqramı və Təqvim-tematik plan işlənib hazırlanmış, həftəlik tədrisin cədvəli tutulmuş, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edəcək dairə seçki komissiyası sədrləri üçün tədrisdən əlavə görüş və mədəni tədbirlərin keçirilməsi də daxil olmaqla, seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi üçün fəaliyyət proqramı hazırlanmış, aşağı seçki komissiyalarının digər rəsmiləri üçün isə regional kursların təşkil edilməsi qənaətinə gəlinmişdir.
Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilən Sərəncamın icrası ilə əlaqədar hazırlıq işlərinin ilkin mərhələsini yekunlaşmış hesab edərək, cari ilin sentyabr ayının birinci yarısından başlayaraq seçki rəsmiləri üçün tədris kurslarının keçirilməsini müqsədəmüvafiq hesab edir.
         Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq   q ə r a r a   a l ı r :

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrasının davamı olaraq tərtib edilmiş Tədris proqramı əsasında 2009-cu il sentyabrın 7-dən başlayaraq dairə seçki komissiyası sədrləri üçün,  2009-cu il sentyabrın 21-dən başlayaraq dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədr və üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.

 

Sədr :                                                                          

Məzahir Pənahov

Müavin  :                                                                    

Svetlana Qasımova

Katib  :                                                                        

Natiq Məmmədov

Üzvlər :                                                                        

Ramiz İbrahimov

Validə Kazımova

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Oktay Hümbətli 


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası.