E L A N
23 dekabr 2009-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara və ya siyasi partiyaların bloklarına aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaqdır:
İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetləri.
Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 35 gün keçənədək dərc etməlidirlər. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir.
Bələdiyyələrin 1/3-dən çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkiqabağı təşviqat aparmaq məqsədilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.3-cü maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında ödənişsiz efir vaxtı və dövri nəşrlərdə dərc yeri almaq hüququ vardır.
Bələdiyyə üzvlüyünə namizədlərin də həmin məqsədlə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.4-cü maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında ödənişsiz efir vaxtı və dövri nəşrlərdə dərc yeri almaq hüququ vardır.
Yuxarıda göstərilən qurumlar mövcud olduqda onların siyahısı seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc edildikdən ən geci 35 gün ərzində müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq dairə seçki komissiyaları tərəfindən dərc edilməlidir.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası