. : MƏTBUAT BÜLLETENİ

Mərkəzi Seçki Komissiyası monitorinqləri başa çatdırdı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqini başa çatdırmışdır. MSK aprelin 5-dən etibarən dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqinə başlamışdı. Monitorinqlərin aparılması üçün MSK üzvlərindən və Komissiya Katibliyinin əməkdaşlarından ibarət 6 qrup yaradılmış,  həmin qruplar seçki prosesində DSK-ların üzərinə düşən vəzifələrin icrası, kargüzarlığın  aparılması, DSK-ların maddi-texniki təchizatının vəziyyəti və s. məsələlərlə bağlı hərtərəfli yoxlamalar aparmışlar. Monitorinqlər 125 seçki dairəsi dairə seçki komissiyasını əhatə etmişdir. Hazırda monitorinqlərin nəticələri ilə bağlı MSK-da araşdırmalar aparılır və nəticələrə Mərkəzi Seçki Komissiyasının iclasında qiymət veriləcək.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası