. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Ramiz İbrahimovun 2009-cu il  martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti üzrə

Rəyi

         Bakı şəhəri                                                                                                                        24 yanvar 2009-cu il

         Mən, ekspert qrupunun üzvü Ramiz İbrahimov 2009-cu il martın     18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 22.01.2009-cu ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş, polis tərəfindən imza toplanmasına maneçilik törədilməsi və bu məqsədlə imza toplayan şəxslərin polis şöbəsinə çağrılması barədə müraciətini araşdıraraq müəyyən etdim.
“Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı Mərkəzi Seçki (Referendum) Komissiyasına müraciət edərək yanvar ayının 19-da təşəbbüs qrupunun üzvləri, Musavat Partiyası Gəncə şəhər təşkilatının sədri Oqtay Zeynalovun və partiyanın məclis üzvü Cahangir Əmirxanlının Gəncə şəhər Nizami rayon polis idarəsinin rəisi Ağahüseyn Mənnədova tərəfindən rayon polis şöbəsinə çağırılanları və görüş zamanı polis rəisi tərəfindən onlara referenduma görə Gəncə şəhərinin Nizami rayonu ərazisində heç kimə imza toplamağa imkan verməyəcəyini və bu gündən imza toplamağı qadağan etdiyini söyləməsini bildirmişdir və polis rəisinin hərəkətini vətəndaşların seçki hüququnu pozan və Seçki Məcəlləsinə əsasən belə hərəkətlərin cinayət məsuliyyətinə səbəb olmasını göstərərək, polis rəisi barədə qanunauyğun tədbir görülməsini xahiş etmişdir.
Müraciət Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Gülağa Aslanlı ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüququları barədə məlumat verilmişdir. O bildirmişdir ki, müraciətə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Araşdırılan məsələ ilə əlaqədar araşdırma aparıb təcili məlumat verilməsi üçün Gəncə şəhər polis idarəsinin rəisi cənab Rasim Musayevin ünvanına faksla məktub göndərmişdir.
Gəncə şəhər polis idarəsi rəisinin imzası ilə daxil olmuş 23 yanvar 2009-cu il tarixli 1/3-274 saylı cavab məktubunda göstərilir ki, qeyd edilən məsələnin araşdırılması ilə müəyyən edilmişdir ki, Gəncə şəhər Sabir küçəsi 28 №-li evdə yaşayan vətəndaş Qurbanov Fazil Musa oğlu və N.Ə.Hüseynzadə küçəsi 25№-li evdə yaşayan vətəndaş Əliyev Adil Əhməd oğlu 18.01.2009-cu ildə Gəncə şəhər Nizami  RPŞ-nə ərizə ilə müraciət edərək, əvvəllər tanımadıqları sonradan şəxsiyyətləri onlara məlum olan Musavat Partiyasının üzvüləri Oqtay Zeynalov və Cahangir Əmirxanlının onların işlədikləri Gəncə şəhəri “Xan Bağı” istirahət parkında yerləşən çayxanalara gələrək vətəndaşlar arasında Fələstin – İsrail münaqişəsi ilə bağlı söhbətlər, təbliğatlar aparmaqla istirahət edənləri İsrail dövləti əleyhinə çıxışlar etməyə və imza toplamağa çağırmışlar. Şikayət ərizələri 18.01.2009-cu ildə Q-14 və Ə-22 nömrə ilə Nizami RPŞ-də rəsmi qeydiyyata alınmaqla araşdırma aparılmışdır. Araşdırma ilə əlaqədar Oqtay Zeynalov və Cahangir Əmirxanlı 19.01.2009-cu il tarixdə Gəncə şəhəri Nizami RPŞ-nə dəvət edilərək şöbənin rəisi polis polkovniki Ağahüseyn Məmmədov tərəfindən qəbul edilmiş, onlarla proflaktiki söhbətlər aparılmışdır. Oqtay Zeynalov və Cahangir Əmirxanlı rayon polis şöbəsinə dəvət olunması daxil olmuş şikayət ərizəsi əsasında olmuş və bunun 18 mart 2009-cu ildə keçiriləcək referendum ilə heç bir əlaqəsi olmamışdır.    Müraciətin araşdırılması ilə “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinin göstərdiyi fakt     öz təsdiqini tapmamışdır.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1,2,4,6,7-ci bəndlərinə əsasən rəyə gəldim:
1.  2009-ci il mart 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının vətəndaşların seçki hüquqlarının pozulmasına dair müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü                                                                                           Ramiz İbrahimov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası