Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə
Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü
Qabil Orucovun 18 mart 2009-cu il tarixə təyin edilmiş referendumla əlaqədar “Respublikaçılar” referendum üzrə təsəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının şikayətinin araşdırılmasına dair
Rəyi
Bakı şəhəri 23 yanvar 2009-cu il,
saat 17.00
Mən, ekspert qrupunun üzvü Qabil Orucov 18 mart 2009-cu il tarixə təyin edilmiş referendumla əlaqədar “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 21 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş Cəlilabad rayonu Üçtəpə ərazi vahidinin tərkibində olan Təzəkənd kəndində həmin təşəbbüs qrupu tərəfindən imza toplama prosesində onlara maneçilik törədilməsi barədə şikayətini araşdıraraq müəyyən etdim.
Səlahiyyətli nümayəndə ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək Cəlilabad rayonunun Təzəkənd kəndində mövcud təşəbbüs qrupu tərəfindən imza toplanması prosesi zamanı həmin kənd icra nümayəndəsi Əyyar Quliyev, kənd bələdiyyəsinin sədri Rafiq Hacıyev və sahə müvəkkili Çingiz Məmmədov tərəfindən bir qrup imza atmış şəxslərə qarşı təzyiq göstərildiyini və həmin şəxslərin öz imzalarını geri götürmələrini tələb etmişlər. Bununla əlaqədar G.Aslanlı müvafiq tədbir görülməsini xahiş edir.
Ərizə qanunauyğun təttib edildiyindən və Seçki Məcəlləsində nəzəzrdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Göstərilənləri nəzərə alaraq tərəfimdən araşdırma aparılarkən Təzəkənd ərazi icra nümayəndəsi Əyyar Quliyev, həmin kənd bələdiyyəsinin sədri Rafiq Hacıyev və sahə müvəkkili Çingiz Məmmədovdan müvafiq izahatlar tələb edilmiş, Əyyər Quliyev və Rafiq Hacıyev tərəfindən Mərkəzi Seçki Komissiyasına ünvanlanmış faksda göstərilmişdir ki, Təzəkənd sakini Şahbaz Qarayev oğlu Bəxtiyar Qarayevə imza vərəqələri verərək vətəndaşlardan imza toplanmasına göstəriş vermişdir. Bəxtiyar Qarayev atasının göstərişi əsasında bir qrup Təzəkənd kənd sakinlərindən atası Şahbaz Qarayevin guya deputat seçilməsi, nümayədəliyin tərkibindən Təzəkənd kəndinin ayrılaraq ayrı nümayəndəlik yaradılması, sovet vaxtı əmanətə qoyulmuş pulların çıxarılması, həmçinin Qarabağın azad edilməsindən ötəri imza topladığını bildirmişdir.
21.01.2009-cu ildə həmin vətəndaşlar Bəxtiyar Qarayevin onları aldatdığını bildirmişlər.
Rafiq Hacıyev və Əyyar Quliyev həmçinin bildirmişlər ki, onlar tərəfindən hər hansı bir partiyanın təşəbbüs qrupunun fəaliyyət göstərməsinə qarşı heç bir addım atmamışlar.
Təzəkənd kəndi üzrə sahə müvəkkili Çingiz Məmmədov barəsində şikayətlə əlaqədar mənim şifahi sorğuma əsasən Cəlilabad rayon polis şöbəsinin rəisi polis polkovniki Rəhim Novruzov MSK-ya ünvanladığı faksda göstərmişdir ki, 21 yanvar 2009-cu il tarixdə mövcud sahə müvəkkili tərəfindən Cəlilabad rayon polis şöbəsinin rəisinə raportla müraciət edilərək bildirilmişdir ki, həmin tarixdə Təzəkənd sakinlərindən bir qrup şəxs ona yaxınlaşaraq bildirmişlər ki, “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun imza toplayan şəxsi müxtəlif yollarla onları aldadaraq, imza toplamışdır. Sahə inspektoru həmin şəxslərə belə məsələlərdə diqqətli olmağı və aidiyyəti orqanlara müraciət etmələrini bildirmişdir. Həmin vaxt Ç.Məmmədov imza toplayan şəxslərlə heç bir təmasda olmamışdır.
Qeyd olunanlarla yanaşı həmçinin bir qrup Təzəkənd kənd sakinləri tərəfindən Mərkəzi Seçki Komissiyasına teleqramla müraciət edilərək 20.01.2009-cu il tarixdə Şahbaz Qarayevin oğlu Bəxtiyar Qarayev tərəfindən Sovet dövründən qalma əmanət pullarının qaytarılması, Qarabağın azad olunması və digər bu kimi yollarla aldadılaraq onlardan referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün imza toplanılmışdır.
Yuxarıdakıları nəzərə alaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1 və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında təlimatın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən rəyə gəldim:
1.“Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsassız olduğundan təmin edilməsin.
2.Rəyin surəti maraqlı tərəflərə çatdırılsın.
Ekspert qrupunun üzvü: Qabil Orucov |