Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində ekspert qrupu
üzvülərinin 18 mart 2009-cu il tarixdə keçirilmiş referendumla əlaqədar “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri Tofiq Yaqublu və Həsən Kərimovun birgə müraciətinin araşdırılmasına dair
R Ə Y İ
Bakı şəhəri 29 mart 2009-cu il , saat 20.00
“Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri Tofiq Yaqublu və Həsən Kərimov Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına birgə yazılı müraciət edərək, səsvermə günü bəzi seçki (referendum) məntəqələrində qanun pozuntularının baş verməsini bildirib, qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində səlahiyyətli nümayəndələr Tofiq Yaqublu və Həsən Kərimov ilə əlaqə saxlanılmış, onlara əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüququları barədə məlumat verilmişdir. H.Kərimov bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur. T.Yaqublu isə şikayətin araşdırılması prosesində iştirak etmişdir.
Şikayət üzrə təqdim edilmiş aktlardakı iddia olunan hallar əsasən seçicilərin kütləvi surətdə zorla seçki məntəqələrinə gətirilməsi, polis nəfərinin 100 metr məsafədə deyil, daha yaxın məsafədə olması, Təlimata uyğun olaraq barmaqların gözəgörünməyən şüa ilə yoxlanmaması və bəzən düzgün yoxlanmaması, seçici siyahıları ilə müşahidəçilərin tanış olmalarına maneçilik törədilməsi, səsvermə zamanı seçicilərin müvafiq barmaqlarının işarələnməməsi, bir şəxsə birdən artıq bülletenin verilməsi, komissiya üzvləri tərəfindən seçki qutularına bülleten salınması, seçicilər tərəfindən seçki qutularına birdən artıq bülletenin salınması, səsvermə zamanı səsvermə kabinalarında birdən artıq seçicinin olması, seçicilərə necə səs verməsi barədə komissiya üzvləri və digər şəxslər tərəfindən necə səs verməsi barədə istiqamət verilməsi, adı seçici siyahısında olmayan şəxsə səs vermək üçün şərait yaradılması, müvafiq şəxsiyyət vəsiqəsi olmadan şəxslərin səs verməsi, vətəndaşların təkrar səs verməsinə şərait yaradılması, bir seçicinin bir neçə məntəqədə səs verməsi, səslərin sayılması zamanı müşahidəyə şərait yaradılmaması, səsvermənin nəticəsi barədə yekun protokolun maraqlı tərəflərə verilməməsi, seçici aktivliyinin zəif olmasına baxmayaraq seçki qutularının vaxtından tez dolması, səlahiyyəti olmayan şəxslərin seçki prosesinə müdaxiləsi, müxtəlif qurumların işçilərinin qrup halında birgə seçkiyə gəlmələri, səsvermə günü qanunsuz təşviqat aparılması kimi hallardan ibarətdir.
Daxil olmuş şikayətlə bağlı tərəfimdən araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, şikayət üzrə təqdim edilmiş 180 ədəd müşahidəyə dair aktlardan 77 ədədi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Bu fakt araşdırmada iştirak edən T.Yaqublu tərəfindən də təsdiq edilmiş və tərəfimdən onunla birgə bu barədə akt tərtib edilmişdir. Həmin aktlardakı nöqsanlar əsas etibarı ilə aktın tərtib olunma müddətinin keçirilən referendumun tarixinə uyğun gəlməməsi (məsələn, 13 may 2006-cı il, 18 may 2009-cu il, tarixlərdə uyğun gəlməyən düzəlişlər), bir şəxsin adından müxtəlif şəxslərin imza atmaları, qanunvericiliklə müəyyən olunmuş hüquqpozmanın olmaması, aktın doldurulmamış saxlanılması və s. kimi nöqsanlardır.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarına əsasən, araşdırmanın hərtərəfliliyini və obyektivliyini təmin etmək məqsədilə tərəfimdən verilmiş rəyə müvafiq olaraq mövcud araşdırmanın müddəti uzadılmışdır.
Həmçinin, müraciətə əlavə edilmiş bir qisim səsvermənin nəticələrinə dair yekun protokolların nüsxəsi üzrə araşdırma Azərbaycan Respublikası Seçki Məcəlləsinə və müvafiq təlimata uyğun olaraq müvafiq seçki (referendum) komissiyalarının səlahiyyətlərinə aid olduğundan Mərkəzi Seçki Komissiyasının müvafiq qərarına əsasən həmin komissiyalara göndərilmişdir.
Araşdırma 103 ədəd akt üzrə davam etdirilmişdir.
Belə ki, 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə 14, 27 və 33 saylı seçki məntəqələrinə münasibətdə 4 ədəd akt
9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə 13, 14, 30 saylı seçki məntəqələrinə münasibətdə 1 ədəd akt
10 saylı Binəqədi üçünüc seçki dairəsi üzrə 16 və 28 saylı seçki məntəqələrinə münasibətdə 2 ədəd akt
11 saylı Qaradağ seçki dairəsi üzrə 5, 13, 16, 17, 20, 23, 29 saylı seçki məntəqələrinə münasibətdə 10 ədəd akt
14 saylı Əzizbəyov ikinci seçki dairəsi üzrə 2, 5, 7, 10, 13 saylı seçki məntəqələrinə münasibətdə 5 ədəd akt
16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 1, 2, , 25 saylı seçki məntəqələrinə münasibətdə 4 ədəd akt
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 17, 18, 21, 22, 30 seçki məntəqələrinə münasibətdə 7 ədəd akt
21 saylı Nəsimi birinci seçki dairəsi üzrə 8 və 9 saylı seçki məntəqələrinə münasibətdə 2 ədəd akt
23 saylı Nəsimi – Səbail seçki dairəsi üzrə 4, 5, 7, 8, 19, 26 saylı seşki məntəqələrinə münasibətdə 4 ədəd akt
25 saylı Nizami ikinci seçki dairəsi üzrə 11 və 26 saylı seçki məntəqələrinə münasibətdə 2 ədəd akt
29 saylı Səbail seçki dairəsi üzrə 25 saylı seçi mənəqəsinə münasibətdə 1 ədəd akt
34 saylı Xətai ikinci seçki dairəsi üzrə 4, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 31, 32, 33, 34 saylı seçki məntəqələrinə münasibətdə 12 ədəd akt
35 saylı Xətai üçüncü seçki dairəsi üzrə 11, 14, 26 saylı seçki məntəqələrinə münasibətdə 2 ədəd akt
41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə 13, 24, 30, 33, 34 saylı seçki məntəqələrinə münasibətdə 4 ədəd akt
42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə 7, 8, 27 saylı seçki məntəqələrinə münasibətdə 6 ədəd akt
43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə 13, 23, 25, 26 saylı seçki məntəqələrinə münasibətdə 5 ədəd akt
45 saylı Abşeron seçki dairəsi üzrə 23 və 24 saylı seçki məntəqələrinə münasibətdə 2 ədəd akt
48 saylı Yevlax seçki dairəsi üzrə 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 13, 14, 16, 17, 18, 19, 20 saylı seçki məntəqələrinə münasibətdə 7 ədəd akt
49 saylı Yevlax – Mingəçevir seçki dairəsi üzrə 21, 22, 25 saylı seçki məntəqələrinə münasibətdə 3 ədəd
63 saylı Sabirabad birinci seçki dairəsi üzrə 1, 4, 5, 6, 8, 14, 15, 19 saylı seçki məntəqələrinə münasibətdə 5 ədəd akt
79 saylı İmişli seçki dairəsi üzrə 7, 8, 9, 10, 12, 13, 15, 19 saylı seçki məntəqələrinə münasibətdə 9 ədəd
80 saylı İmişli – Beyləqan seçki dairəsi üzrə 2, 3, 4, 5, 24, 26, 27, 28, 31 saylı seçki məntəqələrinə münasibətdə 3 ədəd akt
121 saylı Laçın seçki dairəsi üzrə 4, 8, 16, 19, 22 saylı seçki məntəqələrinə münasibətdə 3 ədəd akt.
Araşdırma prosesi zamanı müraciət üzrə araşdırma obyekti olmuş 103 müşahidə barədə aktdan 33-ü, o cümlədən
8 saylı Binəqədi birinci seçki dairəsi üzrə 27 və 33 saylı məntəqələrinə münasibətdə 2 ədəd akt
13 saylı Əzizbəyov birinci seçki dairəsi üzrə 1 ədəd akt
14 saylı Əzizbəyov ikinci seçki dairəsi üzrə 13 saylı seçki məntəqəsinə münasibətdə 1 ədəd akt
16 saylı Yasamal seçki dairəsi üzrə 2 saylı seçki məntəqəsinə münasibətdə 2 ədəd akt
35 saylı Xətai üçüncü seçki dairəsi üzrə 26 saylı seçki məntəqəsinə münasibətdə 2 ədəd akt
42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə 7, 8 saylı seçki məntəqələrinə münasibətdə 5 ədəd akt
44 saylı Sumqayıt – Abşeron seçki dairəsi üzrə 2, 12, 13 saylı seçki məntəqələrinə münasibətdə 6 ədəd akt
48 saylı Yevlax seçki dairəsi üzrə 3, 4, 10, 16, 17 saylı seçki məntəqələrinə münasibətdə 5 ədəd akt
63 saylı Sabirabad birinci seçki dairəsi üzrə 19 saylı seçki məntəqəsinə münasibətdə 1 ədəd akt
74 saylı Lənkəran kənd seçki dairəsi üzrə 6 saylı seçki məntəqəsinə münasibətdə 2 ədəd akt
75 saylı Lənkəran – Masallı seçki dairəsi üzrə 13, 21 saylı seçki məntəqələrinə münasibətdə 2 ədəd akt
79 saylı İmişli seçki dairəsi üzrə 8 saylı seçki məntəqəsinə münasibətdə 1 ədəd akt
118 saylı Ağdam seçki dairəsi üzrə 39 saylı seçki məntəqəsinə münasibətdə 1 ədəd akt
121 saylı Laçın seçki dairəsi üzrə 16 və 22 saylı seçki məntəqəsinə münasibətdə 2 ədəd akt müşahidəçi tərəfindən müşahidə aparılmadan həmin şəxslərin adından saxta yolla tərtib edilmişdir.
Göstərilən faktlar aidiyyəti şəxslər tərəfindən təqdim edilmiş izahatlar, müşahidəçilərin qeydiyyat kitabından edilmiş çıxarışlar vasitəsilə təsdiq edilir.
Digər bir qism aktlar üzrə isə müəyyən edilmişdir ki, aktı bir neçə şəxs tərtib etdiyi halda yalnız bir qismi akta imza atmışdır.
Həmçinin, bəzi müşahidəyə dair aktlara münasibətdə, o cümlədən 79 saylı İmişli seçki dairəsinin 15 saylı seçki məntəqəsi üzrə Fərmanov S, həmin seçki dairəsinin 10 saylı seçki məntəqəsi üzrə Zülfüqarov Etibar Əvəz oğlu, 14 saylı Əzizbəyov ikinci seçki dairəsinin 13 saylı seçki məntəqəsi üzrə Mirzəyev S tərəfindən həmin aktları imzalamadıqları barədə izahat təqdim edilmiş, aktda göstərilən halların həqiqətə uyğun olmamasını bildirmişlər.
Müşahidəyə dair tərtib edilmiş və imzalanmış 25 ədəd aktdan, o cümlədən
8 saylı Binəqədi birinci seçki dairəsinin 14 saylı seçki məntəqəsi üzrə 2 ədəd
21 saylı Nəsimi birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsi üzrə 1 ədəd
23 saylı Nəsimi – Səbail seçki dairəsinin 5 saylı seçki məntəqəsi üzrə 1 ədəd
31 saylı Suraxanı ikinci seçki dairəsinin 25 saylı seçki məntəqəsi üzrə 1 ədəd
33 saylı Xətai birinci seçki dairəsinin 17 saylı seçki məntəqəsi üzrə 1 ədəd
36 saylı Xətai dördüncü seçki dairəsinin 5 saylı seçki məntəqəsi üzrə 1 ədəd
43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 23 saylı seçki məntəqəsi üzrə 1 ədəd
44 saylı Abşeron – Sumqayit seçki dairəsinin 3 saylı seçki məntəqəsi üzrə 1 ədəd
48 saylı Yevlax seçki dairəsinin 7, 12 saylı seçki məntəqələri üzrə 2 ədəd
49 saylı Yevlax – Mingəçevir seçki dairəsinin 21, 22, 25 saylı seçki məntəqələri üzrə 3 ədəd
63 saylı Sabirabad I seçki dairəsinin 1, 4, 6, 14, saylı seçki məntəqələri üzrə 4 ədəd
67 saylı Cəlilabad şəhər seçki dairəsinin 2, 3, 4, 7 saylı seçki məntəqələri üzrə 4 ədəd
79 saylı İmişli seçki dairəsi üzrə 2 ədəd akt
68 saylı Cəlilabad kənd seçki dairəsinin 1, 2 saylı seçki məntəqələri üzrə 2 ədəd akt seçki məntəqələrində müşahidə aparmamış şəxslərin adları əlavə olunmaqla tərtib edilərək imza edilmiş və bununla da saxta aktlar tərtib olunmuşdur.
Qeyd edilən faktlar müvafiq məntəqə seçki komissiyalarından alınmış izahatlar və müşahidəçilərin qeydiyyat kitabından edilmiş çıxarışlarla təsdiq olunmuşdur.
Yuxarıda göstərilən faktlar üzrə aparılmış ümumiləşdirmə nəticəsində araşdırma obyekti olmuş 103 müşahidəyə dair aktdan yalnız 45-i, o cümlədən
9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə 2 ədəd akt
10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə 2 ədəd akt
11 saylı Qaradağ seçki dairəsi üzrə 5 ədəd akt
16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 2 ədəd akt
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 5 ədəd akt
21 saylı Nəsimi birinci seçki dairəsi üzrə 2 ədəd akt
25 saylı Nizami ikinci seçki dairəsi üzrə 2 ədəd akt
26 saylı Sabunçu birinci seçki dairəsi üzrə 2 ədəd akt
29 saylı Səbail seçki dairəsi üzrə 1 ədəd akt
34 saylı Xətai ikinci seçki dairəsi üzrə 6 ədəd akt
41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə 2 ədəd akt
42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə 1 ədəd akt
43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə 3 ədəd akt
44 saylı Sumqayıt – Abşeron seçki dairəsi üzrə 2 ədəd
48 saylı Yevlax seçki dairəsi üzrə 2 ədəd akt
49 saylı Yevlax – Mingəçevir seçki dairəsi üzrə 2 ədəd
80 saylı İmişli – Beyləqan seçki dairəsi üzrə 2 ədəd akt
67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 2 ədəd akt barədə araşdırmanı davam etdirmək mümkün olmuşdur.
Beləliklə, daxil olmuş şikayət üzrə tərtib edilmiş müşahidə barədə aktların 2/3-dən çoxunun saxta yolla tərtib edilməsi ehtimalı yaranmışdır.
Göstərilən hallara münasibətdə seçki prosesinin iştirakçılarından, o cümlədən məntəqə seçki komissiyasının sədrlərindən, üzvlərindən, müşahidəçilərdən, polis orqanlarının nümayəndələrindən, aktlar üzrə müvafiq təşkilata münasibətdə zorla səsverməyə gətirilmələri iddia olunan seçicilərdən, müşahidəçilərdən və s. izahatlar alınmışdır.
Araşdırma konkret seçki dairələri üzrə şikayət əsasında daxil olmuş müşahidə barədə aktlara münaisbətdə iddia olunan seçki hüquqlarının pozulması ilə əlaqədar aşağıdakı şəkildə aparılmışdır.
9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə iddia olunan pozuntular qutulara topa şəklində büllentelərin atılması, eyni şəxslərin dəfələrlə səs verməsi, adları seçki siyahısında olmayan şəxslərin səs verməsindən ibarətdir: – Bu faktlar məntəqə seçki komissiyasının sədri və üzvləri tərəfindən verilən izahatlar, həmçinin, dairə seçki komissiyası tərəfindən verilən arayışla təkzib edilmiş, həmin dairə üzrə bir neçə seçki məntəqəsindən ANS teleradio şirkəti reportaj vermiş və hər hansı bir qanun pozuntusu olmaması bildirilmişdir. Bununla yanaşı dairə üzrə aktlarda adları göstərilən məntəqələrə münaisbətdə müşahidə aparmış 17 nəfərdən heç biri qanun pozuntuları barədə məntəqə seçki komissiyasına yazılı və yaxud şifahi müraciət etməmişlər. Aktı imzalayan şəxslər müvafiq seçki məntəqəsini saat 13.30-da tərk etmişlər. Bu hal verilmiş izahatlar və aktlarla təsdiq edilmişdir.
10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə iddia olunan pozuntular seçki qutuları açılarkən iki-iki qatlanmış, iç-içə qoyulmuş bülletenlərin aşkar edilməsi, bir nəfərin bir neçə dəfə səs verməsindən ibarətdir. – Göstərilən faktlar adı çəkilən məntəqə seçki komissiyasının sədri, komissiya üzvləri və hətta həmin məntəqədə olmuş bir çox müşahidəçilərin təqdim etdikləri izahatlarla təkzib edilmiş, o cümlədən səsvermədə iştirak etmiş seçicilərin sayı ilə bunu təsdiq edən uyğunsuzluq aşkar edilməmişdir.
11 saylı Qaradağ seçki dairəsi üzrə iddia olunan pozuntular seçicilərin kütləvi şəkildə seçki məntəqələrinə gətirilməsi, bir hal üzrə seçicilərin barmalarının yoxlanılmaması, seçicilərin fəallığının aşağı olması, seçki günü qeyri-qanuni təşviqatın aparılmasından ibarətdir. – Aidiyyatı şəxslərdən alınmış izahatlarda göstərilmişdir ki, aktı tərtib etmiş həmin müşahidəçilər müvafiq seçki məntəqələrində 10, 30 və bəzən də 5 dəqiqə olmuşlar. Avtobuslarla bir hal üzrə vətəndaşların kütləvi şəkildə məntəqəyə gətirilməsi halına münaisbətdə komissiya sədri tərəfindən verilmiş izahatda göstərilmişdir ki, adı çəkilən seçki məntəqəsinin yerləşdiyi yerə iri həcmli avtonəqliyyat vasitəsinin girməsinə imkan yoxdur və buna görə də həmin şəxsin bu halı müşahidə etməsi qeyri-mümkündür. Digər bir hal üzrə seçki məntəqəsi üzvü tərəfindən verilən izahatda seçicilərin barmaqlarının yoxlanılmaması faktı təkzib edilmişdir. Seçicilərin fəallığının aşağı olub-olmaması qanun pozuntusu deyildirdir. Bununla yanaşı məntəqə seçki komissiyasından mütəmadi qaydada verilən aktivlik barədə məlumat iddia edilən halı təkzib edir.
16 saylı Yasamal ikinci seçki dairəsi üzrə iddia olunan pozuntular olaraq tələbələrin səsverməyə cəlb edilməsi, adları siyahıda olmayan tələbələrə qeydiyyatdançıxma vəsiqəsi olmadan səs verməyə şərait yaradılması, bir hal üzrə saat 14.00-dan 16.00-dək cəmi 5 nəfər seçicinin səsverməyə gəlməsi göstərilmişdir. – Araşdırma zamanı müəyyən edilmişdir ki, adı çəkilən seçki məntəqəsində veb-kamera quraşdırılmışdır və göstərilən halların baş verməsi qeydə alınmamışdır. Seçki məntəqəsində qeydiyyatdançıxma vəsiqəsi ilə 20 nəfər səsvermədə iştirak etmişdir. Adı çəkilən seçki məntəqəsində beynəlxalq müşahidəçilər, o cümlədən MDB nümayəndə heyəti və AŞPA-dan 2 nəfər müşahidəçi müşahidə aparmış, hər hansı qanun pozuntusu barədə irad bildirməmişlər. Müşahidəçilərin qeydiyyat kitabına əsasən mövcud aktı imzalamış Ağaməmmədov Marif Ayaz oğlu adı çəkilən məntəqədə saat 15.00-dək müşahidə aparmışdır və burdan da belə bir nəticə hasil olmuşdur ki, onun həmin saatdan sonrakı vaxta münasibətdə göstərdiyi hallar həqiqətə uyğun deyildir. Seçici siyahısına baxış zamanı müəyyən edilmişdir ki, yalnız həmin seçki məntəqəsində qeydiyyatda olan şəxslər (qeydiyyatdançıxma vəsiqəsi ilə səs vermiş şəxslər istisna olunmaqla) səsvermədə iştirak etmişlər, bu fakt isə tələbələrin səsvermədə qanunsuz iştirak etmələri ilə bağlı iradı təkzib edir.
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə iddia olunan pozuntular seçki başlamazdan əvvəl seçki bülletenlərinin sayılmaması, məntəqə seçki komissiyasının sədrinin müşahidəçilərə qarşı kobudluq göstərməsi, bəzi seçicilərin xarici pasportla səs vermələri, seçicinin müvafiq barmağının işarələnməsi və müvafiq cihazla yoxlanılmaması kimi hallardır. – İzahatlarla və təqdim olunmuş sübutlarla (sübut növü kimi yerli müşahidəçilərin qeydiyyat kitabından çıxarış) müəyyən edilmişdir ki, mövcud məntəqə üzrə tərtib edilmiş aktda adları göstərilən bəzi müşahidəçilər həmin məntəqədə müşahidə aparmamışlar. Ehtiyac olduqda seçiciyə yalnız onun öz xahişi ilə qanunvericiliyin tələbinə uyğun olaraq izah verilmişdir. Adı gedən məntəqədə veb-kamera quraşdırıldığından göstərilən halların olması qeydə alınmamışdır.
21 saylı Nəsimi birinci seçki dairəsi üzrə iddia olunan pozuntular MİS əməkdaşının seçki prosesinə müdaxilə etməsi, səsvermədə Asiya Universitetinin tələbələrinin kütləvi iştirak etmələri, bir şəxsin bir neçə dəfə səsvermədə iştirak etməsi, şagirdlərin səsvermədə iştirak etməsi, bir kabinada 2 nəfərin səs verməsi, qeydiyyatdançıxma vəsiqəsi olmayan şəxslərin səsvermədə iştirak etməsi, səsvermə siyahısı ilə tanış olmağa imkan verilməməsindən ibarətdir. – Təqdim olunmuş izahatlarda göstərilmişdir ki, 15 nəfər qeydiyyatdançıxma vəsiqəsi ilə səs vermişdir. Həmçinin, aktda adı çəkilən seçki məntəqəsində veb-kamera fəaliyyət göstərmişdir və kamera vasitəsilə hər hansı bir qanun pozuntusu qeydə alınmamışdır. Səsəvermə zamanı 2 seçici Seçki Məcəlləsinə uyğun olaraq fiziki cəhətdən öz səsvermə hüquqlarını reallaşdırmaq imkanı olmadığından kömək üçün digər şəxslərin köməyindən istifadə etmiş və bu barədə seçici siyahısında müvafiq qeyd aparılmışdır. Seçici siyahılarına baxış zamanı həmin seçki məntəqəsində qeydiyyatda olmayan (qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən şəxslər istisna olmaqla) və seçki günü 18 yaşı tamam olmayan hər hansı bir şəxsin səs verməsi müəyyən edilməmişdir. Seçici siyahıları seçki məntəqəsində girişdə tanışlıq məqsədilə lövhədən asılmışdır. Seçki məntəqəsində müşahidə aparan digər 22 müşahidəçidən heç biri qanun pozuntusu ilə bağlı hər hansı bir irad bildirməmişlər.
23 saylı Nəsimi – Səbail seçki dairəsi üzrə iddia olunan pozuntular məntəqə açılmamışdan əvvəl səsvermə bülletenlərinin sayılmaması, müşahidəçilərə şərait yaradılmaması, MİS-in işçilərinin seçkiyə müdaxiləsi, bir qrup seçicinin avtobusla seçki məntəqəsinə gətirilməsini əhatə edən hallardır. – Seçki qanunvericiliyinə əsasən səsvermə bülletenləri məntəqə açılmamışdan əvvəl deyil, məhz seçki məntəqəsində səsvermə başlamazdan qabaq sayılır. Təqdim edilmiş müvafiq izahatda da məhz bu qaydada davranıldığı bildirilir. MİS işçiləri kimi təqdim olunan şəxslər isə əslində müvafiq seçki məntəqəsində müşahidə aparan müşahidəçilər olub və bu fakt onların malik olduqları və aktı tərtib etmiş müşahidəçilərin də bildirildiyi kimi vəsiqə ilə də təsdiq edilmişdir.
25 saylı Nizami ikinci seçki dairəsi üzrə iddia olunan pozuntular qeydiyyatdançıxma vəsiqəsi olmadan səs verilməsi, şəxsiyyət vəsiqəsi olmayan şəxslərə bülleten verilməsi, komissiya üzvləri tərəfindən seçki qutusuna bülleten atılması, bir halda komissiya üzvünün seçki məntəqəsindən getməsi, avtobuslarla seçicilərin seçki məntəqələrinə gətirilməsi kimi iradlardır. – Aidiyyatı şəxslərdən alınmış izahatlar və iradlara münasibətdə aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, qeydiyyatdançıxma vəsiqəsi olmayan və şəxsiyyət vəsiqəsi təqdim etməyən şəxslərə bülleten verilməmişdir. Bu seçici siyahısında aparılmış qeydiyatla öz təsdiqini tapmışdır. Səsverməyə seçicilərin zorla gətirilməsini iddia edən müşahidəçi 9 saylı seçki məntəqəsində bu halın baş verməsini göstərdiyi halda özü 11 saylı seçki məntəqəsində müşahidə aparmışdır. Bu isə ziddiyət təşkil edir. Bu fakt müşahidəçilərin qeydiyyat kitabı ilə təsdiq edilmişdir. Digər bir ziddiyət isə səsvermə otağından çöl tərəfin görünmədiyi halda seçki məntəqəsinə avtobuslarla seçicilərin gətirilməsidir. Nəzərə alınsa ki, müşahidə yalnız səsvermə otağında həyata keçirilmişdir, onda bu fakt öz təsdiqini tapmır. Komissiya üzvü Könül Bayramovanın səsvermə günü məntəqədən çıxıb getməsi isə onun səsvermənin yekun protokolunu imzalaması ilə ziddiyət təşkil etdiyindən həqiqətə uyğun deyildir.
26 saylı Sabunçu birinci seçki dairəsi üzrə iddia olunan pozuntular səs verən seçicilərin sayının düz gəlməməsi, komissiya üzvləri tərəfindən seçki qutularına əlavə bülleten atılmaları kimi hallardır. – Seçki məntəqəsində seçici siyahılarında seçicilərin sayı 1409 nəfər olmuş, 612 istifadə olunmayan səsvermə bülleteni akt əsasında ləğv edilmişdir (sübut növü kimi akt təqdim edilmişdir). Adı gedən seçki məntəqəsində veb-kamera fəaliyyət göstərmişdir. Kamera vasitəsilə hər hansı bir pozuntu qeydə alınmamışdır. Həmçinin, seçki prosesini Fransa Parlamentindən olan 3 nəfər beynəlxalq müşahidəçi izləmiş və onlar da heç bir irad bildirməmişlər. Seçki məntəqəsinin üzvləri tərəfindən verilən izahatlarda onlara qarşı irəli sürülən iradlar təkzib edilmişdir.
29 saylı Səbail seçki dairəsi üzrə iddia olunan pozuntular ailə üzvlərinin əvəzinə bir şəxsin səs verməsi, bir hal üzrə saat 14.00-dan sonra seçicilərin aktivliyinin aşağı düşməsi, bir hal üzrə seçici siyahısında 1316 nəfər olduğu halda 226 nəfərin səs verməsi kütləvi surətdə seçki qutularına bülletenlərin atılmasıdır. – Təqdim edilmiş izahatlarda heç kimin ailə üzvlərinin əvəzinə səs verməsi, bülletenlərin seçki qutularına atılması faktı təsdiq olunmamışdır. Digər hala münasibətdə isə verilmiş izahatla müəyyən edilmişdir ki, seçici siyahısı üzrə səs verən şəxslərin sayı ilə seçki qutusundan çıxan bülletenlərin sayı üst-üstə düşür.
34 saylı Xətai ikinci seçki dairəsi üzrə iddia olunan pozuntular bir seçicinin bir neçə bülleteni seçki qutusuna atması, müşahidəçilər tərəfindən bülletenlərin qutulara atılmasından ibarətdir. Məntəqə seçki komissiyasından təqdim olunmuş izahatlara əsasən seçkini 19 nəfər müşahidə etmişdir və onlar tərəfindən belə hallara yol verilməmişdir. Seçici siyahısı üzrə 1382 nəfər qeydə alınmış, səsvermə bülleteni almış seçicilərin sayı 887 nəfər olmuş, seçki qutuları açılarkən 887 ədəd bülleten çıxmışdır (daşınan seçki qutusu və qeydiyyatdançıxma vəsiqəsi ilə səs vermiş şəxslər istisna olunur). Həmçinin, seçici siyahılarına baxış zamanı hər bir seçicinin adı və soyadı qarşısında müvafiq məlumatların tam şəkildə göstərilməsi öz təsdiqini tapmışdır.
41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə iddia olunan pozuntular bir seçicinin digər seçicinin əvəzinə səs verməsi, qeydiyyatda olmayan seçicinin səs verməyə cəhd göstərməsindən ibarətdir. – Alınmış müvafiq izahatlarla müəyyən olunmuşdur ki, müvafiq seçki məntəqəsində səs verən həmin şəxsin seçici siyahısında qızlıq soyadı olmuşdur və yalnız bu fakt təsdiq olunduqdan sonra seçiciyə səs verməsi üçün şərait yaradılmışdır. Bu hal isə texniki xarakter daşıyır. Digər hal üzrə isə müşahidəçi tərəfindən də təsdiq olunduğu kimi onun baş verməsinə yol verilməmişdir. Müşahidəçi bu halı yalnız məlumat kimi çatdırır, bu isə qanunvericiliyə əsasən pozuntu kimi qiymətləndirilə bilməz.
43 saylı Sumqayt üçüncü seçki dairəsi üzrə iddia olunan pozuntular Ümid Partiyasının 13 saylı MnSK-da təmsilçisi Ş.Allahverdiyevanın seçkiyə qanunsuz müdaxiləsi, müşahidəyə əsasən 548 nəfərin gəldiyi halda seçki qutusundan 805 bülletenin çıxması göstərilir. – Araşdırma nəticəsində müəyyən edilmişdir ki, aktı tərtib edən R.İsmayılov seçki məntəqəsində cəmi 2 saat olmuşdur. Ş.Allahverdiyevanın verdiyi izahatda göstərilir ki, R.İsmayılov onların hər ikisinin Ümid Partiyasını təmsil etdiyindən guya qanun pozuntuları olması barədə ona köməklik göstərməsini təklif etmiş, lakin rədd cavabı almışdır. Belə olan halda müşahidəçi R.İsmayılov onun haqqında yalan məlumatlar yazmışdır. Seçici siyahısı üzrə səs verənlərin sayı ilə seçki qutusundan çıxan bülletenlərin sayı tutuşdurularkən, onların üst-üstə düşdüyü aşkarlanmışdır.
44 saylı Sumqayıt – Abşeron seçki dairəsi üzrə iddia olunan pozuntular seçicilərə bülleten verilməsi prosesinin izlənə bilməməsi, bir hal üzrə seçki məntəqəsində qeydiyyatda olmayan şəxsin səs verməsi, bəzi seçicilərin barmaqlarının gözügörünməyən mürəkkəblə işarələnməməsi, bir nəfərin bir neçə dəfə səs verməsi, topa halında bülletenlərin seçki qutularına atılması, müşahidəyə əsasən bir hal üzrə səs verənlərlə qutudan çıxan bülletenlərin sayının düz gəlməməsi hallarıdır. – Göstərilən hallara münasibətdə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə seçki komissiyasının sədri və üzvlərindən izahatlar alınması ilə yanaşı, həmin məntəqədə müşahidə aparmış digər bir neçə müşahidəçilərdən də izahatlar alınmışdır. Bütün bu izahatlardan iddia olunan pozuntuların heç bir əsasının olmaması bildirilmişdir. Hətta bir hal üzrə pozuntu olması iddia edilən seçki məntəqəsi üzrə beynəlxalq müşahidəçi Jan Pol Murman (Belçika) da izləmiş və hər hansı pozuntu barədə irad bildirməmişdir. Göstərilənlərlə yanaşı bir hal üzrə müşahidə barədə aktı imzalayan Hacıyev Muxtar İsmayıl oğlu yerli müşahidəçilərin qeydiyyat kitabında qeydiyyatdan keçməmiş və mövcud məntəqədə olmamışdır.
48 saylı Yevlax seçki dairəsi üzrə iddia olunan pozuntular seçicilərin bir neçə dəfə səs verməsi bülleten almış seçicilərin barmaqlarının çox vaxt mürəkkəblənməməsinə dair hallardır. – Aktı tərtib edən müşahidəçilər əksər seçki məntəqələri üzrə həmin MnSK-dan sübut növü kimi götürülmüş müşahidəçilərin qeydiyyat kitabında qeydiyyatdan keçməmiş və aidiyyatı şəxslərin izahatları ilə bu fakt təsdiq edilmişdir (qeydiyyat kitabının təsdiq olunmuş surəti sübut növü kimi təqdim edilir). Göstərilən hallar isə aidiyyatı şəxslərin izahatları və seçici siyahısı üzrə aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır.
49 saylı Yevlax – Mingəçevir seçki dairəsi üzrə iddia olunan pozuntular bir nəfərin bir neçə nəfərin yerinə səs verməsidir. – Aktı imzalayan müşahidəçilərdən biri İsgəndərli Dilşad barədə adı gedən məntəqələrdə qeydiyyat kitabında heç bir qeyd aparılmamışdır. Digər müşahidəçi Hüseynov Rövşən isə qısa müddətdən sonra heç bir irad bildirmədən seçki məntəqəsini tərk etmişdir. Bu faktlar qeydiyyat kitabından çıxarışla və digər bir qrup müşahidəçilərdən alınmış izahatlarla öz təsdiqini tapmışdır.
67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə iddia olunan pozuntular bəzi yerli dövlət qurumları əməkdaşlarının seçki prosesinə müdaxiləsi, müşahidəçilərə şərait yaradılmamasından ibarətdir. – Adı çəkilən seçki məntəqəsində veb-kamera quraşdırılmış və kamera vasitəsilə hər hansı bir qanun pozuntusu qeydə alınmamışdır. Seçki məntəqəsinin sədri, üzvləri və məşahidəçilər tərəfindən verilən izahatlara əsasən yuxarıdakı hallar təkzib edilmişdir. Hər hansı bir dövlət qurumu əməkdaşının müdaxiləsi göstərilən subyektlər tərəfindən qeydə alınmamışdır.
80 saylı İmişli – Beyləqan seçki dairəsi üzrə iddia olunan pozuntular səsvermə bülletenlərinin müşahidəçilərin iştirakı olmadan sayılması, seçicilərin barmaqlarının mürəkkəblə işarələnməməsi, kənd icra nümayəndəsinin seçkiyə müdaxilə etməsi halları göstərilmişdir. – Göstərilən halların həqiqətə uyğunluğunu aşkarlamaq məqsədilə aidiyyatı şəxslərlə yanaşı, bir qrup müşahidəçilərdən də izahatlar toplanmışdır. Müşahidəçilər tərəfindən bildirilmişdir ki, səsvermə bülletenləri məhz onların iştirakı ilə sayılmışdır və onlar seçicilərin barmaqlarının işarələnməməsi halını müşahidə etməmişlər. Göstərilən seçki məntəqəsi üzrə kənd icra nümayəndəsi ona qarşı irəli sürülən iradın əsası olmadığını bildirmiş, seçki günü yalnız seçici kimi səsvermədə iştirak etdiyini bildirmişdir. Həmçinin, səs verən seçicilərin sayı ilə səsvermə bülletenlərinin sayının eyni olduğu müəyyən edilmişdir.
Müşahidə barədə aktların bir qisminin həqiqiliyi şübhə doğurmuş və saxta olması ehtimal edilmişdir. Buna görə də həmin aktların müvafiq prokurorluq orqanında araşdırılması məqsədəmüvafiq hesab edilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmiş faktları ümumiləşdirərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1 və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. Şikayət əsassız olduğundan təmin edilməsin.
2. Müşahidəyə dair aktların bir qisminin həqiqiliyi şübhə doğurduğundan və saxta olması ehtimal edildiyindən araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası Mərkəzi Seçki
(Referendum) Komissiyasının və
ekspert qrupunun üzvüləri:
Ramiz İbarahimov
Qabil Orucov
Emin Quliyev
Validə Kazımova
Tofiq Həsənov
Rafiq Abbasov
Rövşən İsmayılov
Nizami Nadirov
İradə Hacıyeva
|