Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə
Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü
Validə Kazımova 18 mart 2009-cu il tarixə təyin edilmiş referendumla əlaqədar “Respublikaçılar” referendum üzrə təsəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının şikayətinin araşdırılmasına dair
Rəyi
Bakı şəhəri 26 yanvar 2009-cu il, saat 14.00
“Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 24 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı müraciət edərək bildirmişdir ki, cari ilin yanvar ayının 22-23-də Sumqayıt, Zaqatala və İsmayıllı şəhərlərində yuxarıda göstərilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan bəzi şəxslərə həmin polis orqanları tərəfindən imza toplamasına maneçilik törədilmişdir və həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir.
1. Daxil olmuş müraciətdən görünür ki, yanvar ayının 22-də Müsavat Partiyası Zaqatala rayon təşkilatının fəalı Qüdrət Mamayev polis tərəfindən saxlanılıb və polis idarəsinə aparılıb orada təzyiqə məruz qalmışdır.
Araşdırılan məsələ ilə əlaqədar 24.01.2009-cu il tarixdə Zaqatala rayon polis idarəsinin rəisi Faiq Şabanovla telefon vasitəsilə əlaqə yaradılmış və məlumat verilməsi xahiş olunmuşdur.
Mərkəzi Seçki Komissiyasına Zaqatala rayon polis idarəsinin 163 N-li 24.01.2009-cu il tarixli daxil olmuş məktubundan görünür ki, 22 yanvar 2009-cu il tarixdə Müsavat partiyasının fəal üzvü hesab edilən Qüdrət Mamayev adlı şəxs və yaxud digər imza toplayan şəxslər polis əməkdaşları tərəfindən Zaqatala rayon polis idarəsinə gətirilməmişlər.
2. “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 24 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətindən görünür ki, yanvarın 23-də Müsavat partiyası İsmayıllı rayon təşkilatının sədri Namiq Əkbərlini İsmayıllı rayon polis idarəsinə çağırmışlar.
Araşdırılan məsələ ilə əlaqədar 24.01.2009-cu il tarixdə İsmayıllı rayon polis idarəsinin rəisi Nizami Qocayevlə telefon vasitəsilə əlaqə yaradılmış və məlumat verilməsi xahiş olunmuşdur.
Mərkəzi Seçki Komissiyasına İsmayıllı rayon polis idarəsinin 1/418 N-li 26.01.2009-cu il tarixli daxil olmuş məktubundan görünür ki, Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək Referendum ilə əlaqədar İsmayıllı rayon polis şöbəsinə heç bir şəxs gətirilməmişdir.
3. “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 24 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətindən görünür ki, yanvarın 22-də Müsavat partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Fəxrəddin Abbas Sumqayıt şəhəri 2-ci polis bölməsinə aparılıb və ona qarşı qeyri-qanuni hədə-qorxu və zorakılıq edilmişdir.
Araşdırılan məsələ ilə əlaqədar 24.01.2009-cu il tarixdə Sumqayıt şəhər polis idarəsinin rəsi ilə Mehdi Hümbətovla telefon vasitəsilə əlaqə yaradılmış və məlumat verilməsi xahiş olunmuşdur.
MərkəziSeçki Komissiyasının Sumqayıt şəhər polis idarəsininn 489 N-li 26 yanvar 2009-cu il tarixli daxil olmuş məktubundan görünür ki, Sumqayıt şəhər sakini Cəlilov Xasməmməd Məmməd oğlu ərizə ilə 2-ci polis bölməsinə müraciət edərək bidirmişdir ki, 20 yanvar 2009-cu il tarixdə Fəxrəddin adlı şəxs onun yaşadığı ünvana gələrək, onu aldadaraq yalan məlumat verməklə onun seçki hüququnu məhdudlaşdırmışdır. Bununla əlaqədar Abbas Fəxrəddin bölməyə dəvət olunmuş, izah alınmış, ərizə əsasında toplanmış materiallar araşdırma aparılması üçün 23 yanvar 2009-cu il tarixli 441 N-li məktubla Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Eyni zamanda vətəndaş Cəlilov Xasməmməd Məmməd oğluna izah edilmişdir ki, seçki qanununa uyğun olaraq seçki hüquqları pozulduğu halda aidiyyəti üzrə Mərkəzi Seçki Komissiyasına müraciət olunmalıdır.
4. “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 24 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətindən görünür ki, yanvarın 22-də Müsavat partiyası Sumqayıt şəhər təşkilatının fəalı Azər Nağıyev həbs edilib, sonradan azad edilsə də imza vərəqəsi Sumqayıt şəhər 1-ci polis bölməsinin əməkdaşları tərəfindən götürülüb.
Araşdırılan məsələ ilə əlaqədar 24.01.2009-cu il tarixdə Sumqayıt şəhər polis idarəsinin rəisi Mehdi Hümbətovla telefon vasitəsilə əlaqə yaradılmış və məlumat verilməsi xahiş olunmuşdur.
Mərkəzi Seçki Komissiyasına Sumqayıt şəhər polis idarəsinin 203 N-li 24.01.2009-cu il tarixli daxil olmuş məktubundan görünür ki, bir qrup Sumqayıt şəhər sakinləri müraciət edərək bildirmişdilər ki, 18 mart 2009-cu ildə keçiriləcək Azərbaycan Respublikasının Referendumuna imza vərəqəsində saxtakarlıq edərək lehinə imza toplamaq adı ilə aldadaraq imza etdirmişlər. Lakin sonradan müəyyən edilmişdir ki, vətəndaş Azər Nağıyev “Respublikaçılar” təşviqat qrupunun yaradılması üçün imza toplamaq istəmişdir. Bu da sakinlər arasında ciddi narazılığa səbəb olmuş və onun barəsində tədbir görülməsi üçün müraciət etmişlər.
Bununla bağlı vətəndaşlara izah edilmişdir ki, seçki hüquqları pozulduğu halda aidiyyəti üzrə Mərkəzi Seçki Komissiyasına müraciət olunmalıdır.
Vətəndaş A.Nağıyev 22 yanvar 2009-cu il tarixdə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsində saxlanılmamışdır.
Araşdırılma nəticəsində müəyyən edilmişdir ki, “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinin göstərdiyi faktlar öz təsdiqini tapmamışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1 və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında təlimatın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən rəyə gəldim:
1.2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının vətəndaşların seçki hüququnun pozulmasına dair müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası Mərkəzi
Seçki (Referendum) Komissiyasının üzvü,ekspert qrupunun üzvü Validə Kazımova
|