İSTİFADƏ QAYDALARI
Qeydiyyat nömrəsi, tarixi və saatı - Müraciətin Mərkəzin Seçki Komissiyasında qeydiyyata alınma nömrəsi, tarixi və saatıdır;
Şikayətçinin soyadı, adı, atasının adı və statusu - Müraciət edən şəxsin soyadı, adı, atasının adı və statusudur;
Şikayətin obyekti: qərar, hərəkət, hərəkətsizlik - Müraciətin məzmunudur;
İcraçı - Müraciəti araşdıran və rəy verən ekspert qrupu üzvünün inisialı və soyadıdır;
Rəy - Müraciəti araşdıran ekspert qrupu üzvünün rəyidir;
Qərarın nömrəsi və tarixi - Müraciətlə bağlı Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərarın nömrəsi və tarixidir.