. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

Referendum üzrə səsvermə bülletenlərinin mətni, forması,
hazırlanma qaydası, habelə 18 mart 2009-cu il tarixə təyin
edilmiş referendumda həmin bülletenlərin sayına dair

 

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 99.1-99.4 və 134-cü maddələrinin tələblərinə görə, səsvermə bülletenlərinin hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki  (Referendum) Komissiyasının qərarı ilə səsvermə gününə ən geci 35 gün qalmış təsdiq edilməli, səsvermə gününə ən azı 10 gün qalmış qeydə alınmış seçicilərin sayından 3 faizdən artıq olmamaq  şərtilə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 25.2.6,  25.2.11,  28.2,  28.4, 99 və 134-cü maddələrinə uyğun olaraq q ə r a r a   a l ı r :

1. Referendumla əlaqədar mövcud seçki (referendum) dairələri üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, referendum aktının layihəsi əsasında tərtib edilmiş hər bir hissədən sağda üzərində səsverənin cavabının variantları (“hə” və “yox”) yazılmış boş kvadratlar, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş səsvermə bülleteninin mətni və forması təsdiq edilsin (forma əlavə olunur).

2. 2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar cari ilin martın   6-na olan məlumata görə respublika üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmaqla, cəmi 4.949.018 ədəd səsvermə bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                             Məzahir Pənahov

Müavin                                                                          Svetlana Qasımova

Katib                                                                             Natiq Məmmədov

Üzvlər:                                                                           

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası