Azərbaycan Respublikası üzrə seçici siyahılarının tərtibinə dair
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
2009-cu ilin seçici siyahılarının tərtib edilməsi işi bu ilin martın 18-nə təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) xüsusatları nəzərə alınmaqla Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada aparılaraq yekunlaşmış və onların müvafiq məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək ictimailəşməsi mərhələsi başlanmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 46.1-ci və 46.12-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikasında cari ilin seçici siyahılarının dəqiqləşdirilməsi işi hazırda başa çatmış hesab edilərək siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin.
Azərbaycan Respublikası üzrə seçicilər siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin.
- Qərarın icrası Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində “Seçkilər” İnformasiya Mərkəzinə həvalə edilsin.
- Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli