2009-cu il martın 18-nə təyin edilmiş referendumda “Qarabağ və
Respublika Uğrunda Hərəkat” referendum üzrə təşəbbüs qrupunun
səlahiyyətli nümayəndəsinin müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
2009-cu il martın 18-nə təyin edilmiş referendumda “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimov 2009-cu il fevralın 2-də Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı müraciət edərək, cari ilin yanvar ayının 30-da adı çəkilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan bəzi şəxslərə (Şəhla Hacıyeva və Natəvan Məmmədova) Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən imza toplanmasına maneçilik törədilməsini göstərərək, qanunsuz hərəkətləri etmiş şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 30 yanvar 2009-cu ildə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən göstərilən şəxslər bölmənin inzibati ərazisində saxlanılmamış və ya hər hansı bir tədbirin görülməsi üçün müvafiq polis bölməsinə aparılmamışlar.
Səlahiyyətli nümayəndə tərəfindən bununla bağlı müraciətdə göstərilən halları təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
Odur ki, göstərilənlərə əsasən səlahiyyətli nümayəndənin ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimovun müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli